Moskva təlaşda – Qərb Ukrayna üçün sonuncu tabunu götürüb

 
10-02-2023, 11:04            109 dəfə baxılıb
Ukraynanın qərbli həmkarları Ukrayna üçün sonuncu tabunu – Rusiya ərazisinə zərbələr endirilməsinin məhdudlaşdırılması barədəki qadağanı götürüblər.
Bu barədə rusiyalı politoloq və ABŞ-da yaşayan müxalifətçi Andrey Piontkovski danışıb və ABŞ-ın Ukrayna üçün HİMARS və Böyük Britaniyanın uzaq mənzilli raketlər verilməsi planlarını xatırladıb (UNİAN).

«Ukraynada təyyarələr bu və ya başqa halda olacaq. Mənim fikrimcə, digər istiqamətdə cddi irəliləyiş baş verib – Qərbin tətbiq etdiyi sonuncu tabu götürülüb – ekspert bəyan edib – Qələbə üçün bu silahlar kifayətdir. Amma bu məhdudiyyət – Rusiya Federasiyasına zərbə üçün onun istifadə olunmaması – digər mühüm problemi həll etmirdi – şəhərlərin xilasını, ukraynalıların cəzasız olaraq məhv edilməsini».
Piontkovskinin sözlərinə görə, bu raketlərin Ukraynaya verilməsi ilə bağlı Moskvada təlaş müşahidə olunur.
Xatırladırıq, xəbər verilmişdi ki, ABŞ-ın yeni kömək paketinə yüksək dəqiqlikli uzaq mənzilli raketlər (GOSDB) daxil olacaq. Pentaqonun nümayəndəsinin – briqada generalı Patrik Rayderin qeyd etdiyi kimi, Ukrayna müstəqil olaraq, bu silahı necə istifadə etməyin mümkünlüyünü həll edə bilər. Həm də Ukraynaya uzaq mənzilli silahların veriləcəyini Britaniya da elan edib. 



Xəbəri paylaş


 
 


Xəbər lenti