“Vardanyan heç vaxt Qarabağa qayıtmayacaq” - Markov BELƏ DEYİR...

 
13-02-2023, 11:59            83 dəfə baxılıb
“Ruben Vardanyan Qarabağdan qaçıb. Çünki hazırda azərbaycanlı ekoloqların etirazının pik vaxtında Qarabağ yataqlarından qeyri-qanuni filiz daşınması, ora silah gətirilməsi və Azərbaycan sərhədindən qanunsuz keçilməsi imkanları kəskin şəkildə azalıb. Artıq Fransadan və Avropa Parlamentindən də Qarabağa heç kim gəlmir”.
Əyalətmedia.AZ bildirir ki, bu sözləri AzVision.az -a rusiyalı ekspert, Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Sergey Markov deyib. O vurğulayıb ki, Ruben Vardanyana milyardlarını idarə etmək daha vacibdir, çünki Qarabağ dağlarına görə pul itirmək istəmir: “Düşünürəm ki, bir də heç vaxt Qarabağa qayıtmayacaq. Birincisi, indi daha çox pul qazanmağa çalışacaq, çünki Rusiya vətəndaşlığından imtina edib. Hamıya məlumdur ki, Vardanyanın nümayəndələri hazırda Qərb şirkətlərinin Rusiya nümayəndəliklərini satın almaqla məşğuldurlar”.



Xəbəri paylaş


 
 


Xəbər lenti