Priqojindən şok: Sursat çatışmır, düşmən isə fəallaşıb!

 
9-03-2023, 10:59            212 dəfə baxılıb
Rusiyanın “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin “Çipsa” nişanlı artilleriya komandiri ilə görüşüb və onunla mərmi çatışmazlığını müzakirə edib.
Bu barədə Priqojinin Teleqram kanalı məlumat yayıb.
“Təchizatların azalması səbəbindən hələ də kəskin sursat çatışmazlığı var, ona görə də atəş tapşırıqlarının icrasını azaltmağa məcburdurlar. Eyni zamanda, düşmən artilleriyası fəallaşıb”, – deyə qeyd edilir.
Yevgeni Priqojin bildirib ki, artilleriya heyəti fəaliyyət göstərdiyi yerə keçərkən atəşə tutulub.
“Sursat tədarükü davam edəcəkmi? – cavab verməkdə çətinlik çəkirəm. Biz tapşırıqlarımızı təyinatı üzrə yerinə yetirəcəyik”, – deyə o şikayətlənib.
Öz növbəsində “Çipsa” bəyan edib ki, Baxmutda döyüş tapşırıqlarını uğurla yerinə yetirmək üçün mərmi təchizatını ən azı 3 dəfə artırmaq lazımdır. Onun sözlərinə görə, mövqelərə yararsız sursatlar çatdırılır:

“Müharibədə heç bir məhdudiyyət yoxdur. Ya tapşırığı yerinə yetiririk, ya da etmirik. Məhdudiyyət insan həyatının qiymətidir”.



Xəbəri paylaş


 
 


Xəbər lenti