Dünyanı silkələyən müharibə ilə bağlı ŞOK PROQNOZ: mayda...

 
25-04-2023, 13:37            95 dəfə baxılıb
Ukrayna aprelin sonuna qədər hər biri 4000-ə yaxın əsgərdən ibarət 12 briqada hazırlamaq niyyətindədir və may ayında əks-hücum əməliyyatına başlamağı planlaşdırır.
Əyalətmedia.az xəbər verir ki, bu barədə “The New York Times” Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərinə və digər mənbələrə əsaslanaraq məlumat yayıb.
Məqalədə ABŞ və NATO müttəfiqlərinin 9 Ukrayna briqadasına təlim keçdiyi və onu tam təchiz etdiyi bildirilir. Məlumata əsasən, qoşunlar ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizindəki sahil zolağında yerləşdiriləcək.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbounun sözlərinə görə, indi hər şey bu əks-hücumun uğurundan asılıdır. Çünki yalnız belə olan halda rəsmi Kiyevin diplomatiya meydanında əli güclənə bilər.



Xəbəri paylaş


 
 


Xəbər lenti