Təyyarə çox, raket az... - “Rusiyanın eyni vaxtda 100 raket atması artıq qeyri-realdır”

 
2-05-2023, 11:06            62 dəfə baxılıb
Məlum olduğu kimi, son günlər Rusiyanın Ukraynaya qarşı kütləvi raket zərbələri yenidən müşahidə olunmaqdadır. Lakin onlar əvvəlki kimi çoxsaylı və güclü deyil.
“Əyalətmedia.az” xəbər verir ki, ukraynalı hərbi ekspert Roman Svitan yerli mətbuata açıqlamasında Rusiyanın ötən ilin payız və qış aylarındakı kimi kütləvi raket hücumu həyata keçirmək iqtidarında olmadığını bildirib: “Onların qanadlı raketlərlə bağlı müəyyən problemləri var. Onlar həmin raketləri qışa qədər sərf ediblər. Son kütləvi raket zərbəsi martın 9-dək olub. İndi onlar 20-25 raket ata bilirlər”.
Ekspert qeyd edib ki, son raket hücumu zamanı Rusiya havaya çoxlu sayda “Tu-95” və “Tu-160” hərbi təyyarələri qaldırıb. Bu təyyarələr eyni anda 100-dən çox raket atmaq imkanına malik olsa da, cəmi 20 raket ata biliblər ki, onların da hətta bəziləri heç Ukrayna ərazisinə çatmayıb.
Svitan hesab edir ki, məhz raket qıtlığı yaşandığı üçün Rusiya kütləvi raket zərbələri zamanı istifadə olunan raketlərin sayını 100-120 ədəddən 20-25 ədədə endirib: “Rusiyanın eyni vaxtda 100 raket atması artıq qeyri-realdır”.
Ekspertin fikrincə, eyni zamanda çoxlu sayda təyyarənin havaya qaldırılması isə informasiya müharibəsinin tərkib hissəsi və Ukrayna Hava Hücumundan Müdafiə Sistemlərini “çaşdırmaq” məqəsədi daşıyır.




Xəbəri paylaş


 
 


Xəbər lenti