Dron təhlükəsi Qazaxıstanı hərəkətə keçirdi – Rusiya neftini daşımaqdan imtina edir

 
5-05-2023, 11:05            175 dəfə baxılıb
Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qara dənizdəki Taman portuna daşınmasını qadağan edəcək.
Bu barədə məlumatı Qazaxıstanın dövlət dəmir yolları əməliyyatçısına istinadla Reuters agentliyi verib. Qadağanın səbəbləri və müddəti açıqlanmayıb. Sənəd nəqliyyat şirkətlərinə ünvanlanıb. Xəbər verilir ki, mayın 3-dən neftin Taman portuna daşınmasını Rusiya Dəmir Yolları şirkəti də dayandırıb. Bu qərar Taman portunda neft məhsulları çənlərindən birində yanğın baş verəndən sonra qəbul edilib. Yanğının 1200 kvadratmetr sahəni əhatə etdiyi xəbər verilir.

Mayın 3-də Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki neft çənində yanğın baş verib. Bu barədə məlumatı özünün teleqram kanalında regionun qubernatoru Veniamin Kondratyev verib. Məlumata görə yanğına dronun düşməsi səbəb olub. Xəritə məlumatlarına görə bu qəsəbənin yaxınlığında Taman portu və Tamanneftqaz şirkətinin neft anbarları yerləşir. RBK xəbər verir ki, neft məhsullarının daşınma üçün yüklənməsi buradakı kompleksdə həyata keçirilir.



Xəbəri paylaş


 
 


Xəbər lenti