Priqojin Şoyqunun yerinə öz namizədini elan etdi – Gerasimovu isə bu general əvəz etməlidir

 
24-05-2023, 14:15            89 dəfə baxılıb
“Vaqner” başçısı Yevgeni Priqojin son müsahibəsində növbəti dəfə Müdafiə Nazirliyi rəhbərliyini kəskin tənqid və təhqir edib.
“AzPolitika.info” xəbər verir ki, Priqojin öz müsahibəsində Rusiyanın Ukrayna ilə müharibədə məğlub olmasını mümkün sayıb və qeyd edib ki, bu vəziyyətin yaranmasının günahkarı Müdafiə Nazirliyinin rəhbərliyidir. O, deyib ki, Rusiya ordusu “Kiyevi və Xersonu “batırdığı” kimi, bütün Rusiyanı “batıra” bilər”.
Priqojin qeyd edib ki, Vladimir Putinlə hesablaşır, Şoyqunu isə qəbul etmir. O, vəziyyətdən çıxış yolu kimi Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyinin dəyişdirilməsini, Rusiyada hərbi vəziyyət elan olunmasını və “bir neçə il Şimali Koreya kimi yaşamağı” təklif edib.

“Vaqner” başçısı hətta yeni Müdafiə naziri və Baş Qərargah rəhbəri postlarına öz namizədlərini də elan edib. Onun fikrincə, Müdafiə naziri bu yaxınlarda Sergey Şoyqunun müavini postundan azad edilmiş general Mixail Mizintsev, Baş Qərargah rəisi isə Xersonu təhvil vermiş general Sergey Surovikin olmalıdır.
Priqojin deyib ki, hazırda “Vaqner”-in 6 min döyüşçüsü var və onların hər biri bir batalyona rəhbərlik etmək bacarığına malikdir. Bununla da Priqojin yeni Rusiya ordusunun “Vaqner”-in əsasında qurulmasını təklif edib.
Bütün bunlarla yanaşı, Priqojin Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsinin əleyhinə olduğunu söyləyib: “Bu, səni yumruqla vuran qonşunu balta ilə doğramağa bənzəyir...”



Xəbəri paylaş


 
 


Xəbər lenti