Xameneinin yeni müşaviri İran prezidenti olmağı PLANLAŞDIRIR

 
26-05-2023, 12:17            115 dəfə baxılıb
Ali dini lider Xameneinin yeni müşaviri İran prezidenti olmağı planlaşdırır.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Britaniyanın “Middle East Eye” informasiya və analitik saytı Şamxaniyə yaxın mənbələrə istinadən məlumat yayıb.


Bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani İslam Respublikasının Ali Rəhbərinin icazəsi ilə prezidentliyə namizəd olmaq niyyətindədir.
Xameneinin yeni müşaviri istefaya getməzdən əvvəl ABŞ-ın nüvə sazişini (sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının dayandırılmasına dair razılaşma) tamamlamaqla populyarlığını artırmağa çalışıb.
Rəisinin prezidentliyi dövründə Şamxani öz reputasiyasını möhkəmləndirib və hazırda nüfuzlu şəxs kimi qəbul edilir.
Onun mümkün namizədliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) güclü əlaqələr və əhəmiyyətli sərvətlə dəstəklənir.
Şamxaninin martın 10-da Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasına dair sazişin imzalanmasında da rolu var. Bu, yeni müşavirin İslam Respublikasına rəhbərlik etmək üçün ilk cəhdi deyil: 2001-ci ildə o, İranın 5-ci prezidenti Hatəmi ilə yarışıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti