Avropa komissarı Reynders: Aİ Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək üçün bəhanə axtarır

 
30-05-2023, 14:01            109 dəfə baxılıb
 Əyalətmedia.az  TASS-a istinadən məlumat verir ki, Avropa Komissiyası və Aİ-yə üzv ölkələr Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək üçün imkanlar axtarmağa davam edir.
Bu barədə Avropa komissarı Didye Reynders məlumat verib.
“Biz korrupsiya, çirkli pulların yuyulması və ya sanksiyaların pozulması kimi cinayət əməllərinə görə bu aktivlərin bir qismini ələ keçirmək üçün fürsət tapmağa çalışırıq”, - deyə RİA Novosti onun sözlərindən sitat gətirib.
Daha əvvəl Financial Times xəbər vermişdi ki, avropalı rəsmilər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 196,6 milyard avro gəlirin Ukraynaya köçürülməsi planlarını müzakirə ediblər.



Xəbəri paylaş


 
 


Xəbər lenti