Paşinyanı təhqir edən gənclər GÜLLƏLƏNDİ - 3 nəfər öldü, 4-ü yaralandı
20-06-2022, 12:47
Ermənistanın Aparan şəhərində müxalifətlə hakim partiya nümayəndələri arasında qanlı insident baş verib.Əyalətmedia.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, müxalifətyönlü gənclərlə vitse-qubernator və Paşinyanın müavininin qohumları arasında münaqişə ötən gün Araqatsotn vilayətinin vitse-qubernatorunun qohumlarına məxsus yanacaqdoldurma məntəqəsində başlayıb.
Erməni gənclər Paşinyan və qubernator haqqında təhqiramiz ifadələr səsləndiriblər, bundan sonra tərəflər dağılışıblar.
Ertəsi gün eyni məntəqədə konflikt davam edib, burada vitse-qubernator və deputat Matevos Asatryanın qohumları həmin erməni gənclərə Kalaşnikov avtomatından atəş açıblar.
Məlumata görə, üç nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Xəbəri paylaş



























