SON DƏQİQƏ! Kreml “Taxıl sazişi”ni dayandırdı
17-07-2023, 13:21
Rusiyadan Krım körpüsünün partladılmasına sərt reaksiyalar gəlməkdə davam edir.Əyalətmedia.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə prezidentin sözçüsü Dmitri Peskov bəyan edib.
““Taxıl sazişi”nin müddəti iyulun 17-də başa çatıb. Razılaşmaların Rusiya hissəsi yerinə yetirilən kimi onun icrasına qayıdacağıq”, - Peskov qeyd edib.
Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının spikeri Natalya Qumenyuk Krım körpüsünə hücumu Rusiya hakimiyyətinin təxribatı adlandırıb və bunu xüsusilə “Taxıl sazişi”nin uzadılması ətrafında yaranan “gərginlik”lə əlaqələndirib.
Xəbəri paylaş



























