Paşinyan da Zaxarovanı aşağıladı - “Onun açıqlamalarını izləmirəm və...”

 
14-09-2023, 12:10            107 dəfə baxılıb
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində deputatların suallarını cavablandırıb.
“Əyalətmedia.az” Ermənistan mətbuatına istinadla xəbər verir ki, müxalif “Ermənistan” blokundan olan deputat Aqnessa Xamoyan Paşinyanın Rusiya XİN sözçüsü Mariya Zaxarovanın fikirlərinə münasibət bildirməsini istəyib. Belə ki, Zaxarova son zamanlar Paşinyan hökumətini Rusiyaya qarşı “qeyri-dost addımlar” atmaqda günahlandırıb.
Paşinyan bu suala Zaxarovanı aşağılayan tərzdə cavab verərək, “mən bunları (Zaxarovanın bəynatlarını-red.) o qədər də diqqətlə izləmirəm və buna borclu deyiləm”, - deyə bildirib
Baş nazir qeyd edib ki, onu Zaxarovanın yox, Rusiya Prezidentinin nə dediyi maraqlanıdır: “O isə Ermənistanla münasibətlərdə heç bir problem olmadığını bildirib”.
Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan Zaxarovanın açıqlamaları ilə bağlı sualı cavablandırarkən “hansısa qurumun hansısa katibəsinin dediklərini şərh etmək fikrində deyiləm”, - deyə bildirmişdi.



Xəbəri paylaş


 
 


Xəbər lenti