Arxiv açıldı: SSRİ müharibəyə necə qoşulub?

 
22-06-2022, 12:07            68 dəfə baxılıb
Sovet İttifaqının Böyük Vətən müharibəsi ərəfəsində həyata keçirdiyi hərbi tədbirlər yalnız müdafiə xarakteri daşıyıb.
Axar.az xəbər verir ki, bu barədə Macarıstan Müdafiə Nazirliyinin saytının “Böyük müharibənin ilk günlərinin qəhrəmanları” bölməsində dərc olunan arxiv sənədlərində bildirilib.
"SSRİ ordusu indiki vəziyyətində böyük müharibəyə hazır deyil və buna görə də Sovet hökuməti Almaniya ilə hər cür toqquşmadan qaçmaq istəyir", - Macarıstan Kral Ordusu Qərargah rəisinin müharibə ərəfəsindəki məruzəsində qeyd olunub.
Arxiv sənədlərində bildirilib ki, almanların hərbi fəaliyyətinin artması SSRİ-nin Almaniyaya inamını azaldıb:
"Almaniyanın Balkanlarda fəaliyyətə başlaması səbəbindən SSRİ-nin Almaniyaya inamsızlığı güclənib və SSRİ-Almaniya münasibətlərində nəzərəçarpacaq gərginlik yaranıb. İngilis təbliğatı Sovet İttifaqını müharibəyə cəlb etmək üçün hər şeyi edəcək”.
"Baltik dənizindən Qara dənizə kimi qərb sərhədi boyunca möhkəmləndirmə işləri sürətlə davam edir. Bütün hərbi tədbirlər müdafiə xarakteri daşıyır. Sovet hökuməti Almaniya ilə hər cür silahlı münaqişədən qaçmaq istəyir. SSRİ-nin hücum etmək niyyəti yoxdur”, - sənəddə vurğulanıb.




Xəbəri paylaş


 
 


Xəbər lenti