“RUSİYANIN ƏN ALÇAQ TƏBLİĞATÇILARI ERMƏNİLƏRDİR” – Ermənilər milli xüsusiyyətlərini etiraf etməyə başlayıb
26-09-2023, 12:42 88 dəfə baxılıb
“İrəvanda sentyabrın 20-də nümayişçilərin bir hissəsi polis səddini aşandan sonra hökumət evinin ətrafında kimlərə rast gəliblər? Hərbi təlimlərə gələn Amerika desantçılarına. Onlara orada nə edirdilər? Paşinyanı qoruyurdular”.
“AzPolitika.info” xəbər verir ki, bunu rusiyapərəst erməni jurnalist Qeorqi Xaçaturyan Rusiya televiziyasının efirində deyib.
Erməni jurnalistin bu iddiasına cavab çox gecikməyib. Özü də Ermənistan hökuməti səviyyəsində. Ermənistan hökuməti aparatının rəhbəri Araik Arutunyan (ad və soyadı qondarma qurumun sabiq başçısı ilə eynidir-red.) deyib ki, həmin gün heç kim hökumət binası qarşısındakı polis səddini yararaq binaya girməyib. Guya amerikalı desantçıların orada olduğuna dair iddia isə cəfəngiyyatdır.
Ancaq Arutunyan bununla da kifayətlənməyərək, Kremlin erməni təbliğatçılarını böhtanda günahlandıraraq, ağır şəkildə təhqir edib: “Belə görünür ki, Ermənistana qarşı başladılmış hibrid müharibəsində Rusiya KİV-lərində məşhur nağıldakı kimi ən böyük yalan danışana “sarayın yarısı” vəd edilib. Yəni, Kremlin(yarısı)… Necə olub ki, Rusiya telekanallarının ən alçaq təbliğatçıları ermənilərdir - Marqarita Simonyan, Tiqran Keosayan, Aram Qabrieliyanov, Semyon Baqdasarov, Roman Babayan, Sergey Kurqinyan, Andranik Mixranyan və başqaları?”
Doğrudan da, bu siyahını hələ xeyli uzatmaq olar. Maraqlıdır ki, Arutunyanı Kremlin ən çirkin təbliğatçıları arasında ermənilərin bu qədər say çoxluğuna malik olması niyə təəccübləndirir? Onun bu təəccübünün özü təəccüb doğurur. Arutunyan sanki öz millətinin “xasiyyətinə”, “milli xüsusiyyətlərinə” bələd deyil…
Xatırladaq ki, Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. O, dəfələrlə Paşinyanı “satqın”, “şərəfsiz”, “MKİ-nin fahişəsi” və s. ifadələrlə təhqir edib. Onun fikrincə, guya Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla, erməniləri satıb: “Qarabağ ermənilərin müqəddəs yeridir, Rusiya erməniləri üçün Krım olduğu kimi”
Onun əri Tiqran Keosayan isə son verilişində erməniləri “nəcis”, Paşinyanı isə “saqqalı karlik”, “satqın” və “İuda” adlandırıb. Qeyd edək ki, arvadı kimi, Keosayana da qarşı Böyük Britaniya və Avropa İttifaqı sanksiya tətbiq edib.
Digər Kreml təbliğatçısı Semyon Baqdasarov isə Paşinyanın Böyük Britaniya, Türkiyə və ABŞ xüsusi xidmət orqanlarının agenti olduğunu bildirib.
Hətta onun kod adının “Redaktor” olduğunu iddia edib. Baqdasarov deyib ki, Paşinyanın missiyası “Qarabağı Azərbaycana vermək və Rusiya hərbi bazasını Ermənistandan çıxarmaqdır”. Həmin missiyanı isə Paşinyan “uğurla” yerinə yetirir.
Bir sözlə, Rusiyadakı erməni təbliğatçılarına “Paşinyan hakimiyyətinə hücum” əmri verildiyi göz önündədir. Onlar da Rusiya hakimiyyətinin sifarişini yerinə yetirərkən hər cür çirkinliklərə, təkcə Ermənistan hakimiyyətini deyil, erməni xalqını da təhqir etməyə, alçaltmağa gedirlər. Paşinayn hakimiyyəti də bunu görür və ona görə Rusiya siyasi elitasının qulbeçələrinə təhqirlə cavab verir.
Bütün bunlar isə bir daha onu göstərir ki, pul, var-dövlət, mövqe xatirinə hər şeyə hazır olan, “erməni kartı”ndan istifadə edib, özlərinə karyera, ad qazanan bu cür ermənilərin “erməni canfəşanlığı” da erməni tarixi kimi saxta və yalançıdır…

Xəbəri paylaş