Arman Hukasyan: "Qərbin bizi fəlakətə sürükləməsi gün kimi aydındır"

 
30-10-2023, 12:29            92 dəfə baxılıb
Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi bir sıra fəsadlar törədə bilər. Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Rusiya regionda qalmaq üçün lazım gələrsə, güc variantından isitifadə edəcək. Ermənistan ərazisindəki 102-ci hərbi bazanın hərbçiləri artıq neçə gündür təlimlərə cəlb olunub və müxtəlif manevrlər edirlər. Ekspertlər hesab edirlər ki, Rusiya bununla əzələ nümayiş etdirir və yerli hakimiyyətə öz siyasətində diqqətli olmaq mesajını verir. Amma buna baxmayaraq, Ermənistanda anti-Rusiya ritorikası davam edir. Təlimatları Qərbdən alan Paşinyan Rusiyanı ölkədən çıxarmaq üçün çalışır. Ermənistanın planlarından xəbərdar olan rəsmi Moskvanın isə öz strategiyası var.
Əyalətmedia.az xəbər verir ki, Paşinyanın siyasətini sərt tənqid edən eməni politoloq Arman Hukasyan bildirib ki, Anti-Rusiya siyasəti məğlubiyyətlərdə və uğursuzluqlarda Rusiyanı günahlandırmaq üçün əla fürsətdir. Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini pozması bizi çətin vəziyyətə salacaq. Ortada Ukrayna və Moldova nümunəsi var. Mixeil Saakaşvilinin də son vaxtlar xüsusi fəallığı əbəs yerə deyil. Yaxın gələcəkdə biz daha da açıq-aşkar anti-Rusiya addımlarının və hərəkətlərinin şahidi olacağıq”.
Politoloqun fikrincə, Qranada görüşü Nikol Paşinyanın məğlubiyyəti idi. Onun sonradan Bişkekə getməkdən imtina etməsi bu məğlubiyyəti təsdiqlədi: “Bütün bunların əsası Paşinyan Qaqrabağı Azərbaycanın bir hissəsi kimi tanıyandan sonra qoyulub. Paşinyanın Strasburqdakı çıxışını da gördük. Baş nazir növbəti uğursuzluqlarda Rusiyanı günahlandırmağa çalışdı. Daha sonra o, “Wall Street Journal”a müsahibəsində rus sülhməramlılarından şikayətlənib və Ermənistandakı Rusiya hərbi bazalarının gələcəyindən danışıb. Rusiya sülhməramlılarının gözdən salınmasından və Qarabağın itirilməsindən sonra Paşinyanın komandası indi Gümrüdə yerləşən 102-ci hərbi bazanı gələcəkdə geri çəkmək məqsədi ilə gözdən salmaq niyyətindədir”.
Erməni politoloq hesab edir ki, Fransanın Ermənistana silah satması dekorativ xarakter daşıyır: “İndi ölkəmizdə anti-Rusiya kampaniyası ilə yanaşı, Qərbə doğru getməyimiz barədə tezislər də tirajlanır. Qərbin bizi fəlakətə sürükləməsi gün kimi aydındır. Hakimiyyət isə Qərbyönlü siyasətini davam etdirir. Ermənistan üçün Rusiya iqtisadi baxımdan daha önəmlidir. Rusiyadakı soydaşlarımızdan alınan milyonlarla vəsaitləri, Ermənistana sərfəli qiymətə satılan qazı, investisiyaları unutmamalıyıq. Ermənistan Rusiya qazını İran qazı ilə əvəz edə bilməz, çünki İran qazı daha bahadır və bu, iqtisadiyyatımıza ciddi təsir edəcək. Ölkəmizin iqtisadi relsləri Rusiya və Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin bazarına aparır.
Bundan əlavə, Ermənistan yalnız Avrasiya İqtisadi Birliyinin üzvü olduğu üçün təşkilatın ümumi enerji bazarından hər il 300 milyon dollar alır. Beləliklə, bütün bunların siyahısı Qərbin Rusiyaya alternativ ola bilməyəcəyini göstərir”.



Xəbəri paylaş


 
 


Xəbər lenti