“Biz Azərbaycanla sülh üçün bütün bədəlləri ödəmişik” – “Azərbaycan ərazisində olduğumuz yerlər varsa, tərk etməliyik”
30-10-2023, 13:52 105 dəfə baxılıb
“İrəvan rəsmi Bakının Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin tanınması ilə bağlı bəyanatını gözləyir”.
“Əyalətmedia.az” erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Bu, İrəvan üçün qrımızı xəttədir”, - o qeyd edib.
Simonyan iddia edib ki, Ermənistan ən yüksək səviyyədə, Baş nazir səviyyəsində Azərbaycanın 86 min 600 kvadrat kilometrlik ərazisini tanıdığını dəfələrlə bəyan etsə də, Azərbaycan tərəfi bunu etməyib.
“86,600 kv. km. - bu, havada asılı olan ərazi deyil, elə deyilmi? Bu, Azərbaycanın ərazisidir, eyni zamanda 29.800 kv.km isə Ermənistandır. İrəvan Sovet İttifaqının müstəqillik dövrünə ən yaxın xəritəsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımaqda israrlıdır. Əgər müstəqil olduğumuz xəritəyə görə Azərbaycan ərazisində bizim olduğumuz yerlər varsa, biz bu ərazini tərk etməliyik. Bəli, biz də getməliyik, onlar da getməlidir”, - Simonyan bildirib.
Parlamentin spikerindən Ermənistan tərəfinin sülh üçün hansısa bədəli ödəməyə hazır olub-olmadığını soruşduqda, o, “Ermənistan bu qiyməti artıq ödəyib” cavabını verib.
“Biz artıq bütün mümkün bədəlləri ödəmişik və daha çox ödəməli olduğumuzu düşünmürəm. Qoy Azərbaycan öz ərazisində nəzarət-buraxılış məntəqələri qursun, bizim ərazimizdə keçid məntəqələrimiz var və biz bunu daha da inkişaf etdirəcəyik. Baş nazirin çıxışından, eləcə də son məlumatlardan nəticə çıxararaq, yaxın gələcəkdə Türkiyə ilə münasibətlərimizin və sərhədlərimizin hansısa müsbət istiqamətdə dəyişmə ehtimalını da istisna etmirəm”, - Simonyan vurğulayıb.
Azərbaycan hərbçilərinin hələ də Ermənistanda girov olduğu, anklavlar məsələsinin həll olunmamış qaldığı və problemlərin siyahısının bununla bitmədiyi halda Ermənistan sülhə necə nail olacaq?
Parlamentin spikeri bu barədə nikbin olduğunu deyib: “Dəhliz mövzusu artıq aktual olmadığı kimi, sülh danışıqları da təkcə Ermənistan tərəfindən deyil, qonşu ölkələrinin rəhbərləri tərəfindən də vacib hesab olunur. Yollar açıq olacaq, ticarət olacaq, Ermənistan iqtisadiyyatı inkişaf edəcək və sonda biz sülhə qovuşacağıq”.

Xəbəri paylaş