ABŞ-da helikopter qəzaya uğradı, ölənlər var

 
23-06-2022, 11:36           
ABŞ-ın Virciniya ştatının Loqan dairəsində “Bell UH-1B” tipli helikopter qəzaya uğrayıb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə yerli WBOY telekanalı məlumat verib. 
Xəbərdə bildirilib ki, göyərtəsində 6 nəfərin olduğu helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir, magistral yol bağlanıb.
Qəzadan sağ çıxanın olmadığı bildirilir.




Xəbəri paylaş


 
 


Xəbər lenti