Rusiya Dnepr çayının sol sahilində ağır itkilər verdi - 1216 ölü, 2217 yaralı
17-11-2023, 12:59 102 dəfə baxılıb
Ukrayna hərbçiləri Xerson istiqamətində bir neçə körpünün ətrafında möhkəmləniblər.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları Korpusu məlumat yayıb.
Məlumata görə, Rusiyanın genişmiqyaslı hücumlarının dəf edilməsi üçün əvvəlcədən planlaşdırılan tədbirlər nəticəsində Ukrayna ordusu Dnepr çayının sol sahilində Xerson istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirib.
“Cəsarət və peşəkarlıq sayəsində Ukrayna dəniz piyadaları bir neçə körpü bətrafında möhkəmlənməyə müvəffəq olublar”, – məlumatda deyilir.
Bildirilir ki, əməliyyat nəticəsində Rusiya ordusunun 1216 əsgəri ölüb, 2217 nəfər isə yaralanıb.
Bundan əlavə 24 tank, 89 artilleriya sistemi və minaatan, 135 ədəd müxtəlif avtomobil texnikası, 48 ədəd zirehli döyüş maşını, o cümlədən zirehli maşınlar. və piyada döyüş maşını, 14 su gəmisi, 15 xüsusi texnika, 4 komanda məntəqəsi, 29 həm səhra, həm də stasionar silah-sursat anbarı da sıradan çıxarılıb.

Xəbəri paylaş