Krımda yarım milyon insan işıqsız qaldı

 
27-11-2023, 11:02            99 dəfə baxılıb
Krımın qərb sahillərində (Yevpatoriyada) sürəti saatda 40 km-ya çatan qasırğa başlayıb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə regionun hidrometeoroloji stansiyası məlumat yayıb.
Qasırğa səbəbindən sahildə yerləşən evləri su basıb, ərazidəki insanlar təxliyə olunur.
Həmçinin şəhərlərarası avtomobil yolunun da bağlandığı bildirilib.
***
Krımda əlverişsiz hava şəraiti səbəbindən təxminən 500 minə yaxın insan işıqsız qalıb.
Bu barədə Krım “respublikası”nın “prezidentinin müşaviri” Oleq Kryuçkov deyib.
O, əsasən sahilyanı zonalarda yerləşən evlərin sakinlərinin çətin vəziyyətə düşdüyünü bildirib. Hazırda 38 briqada enerjini bərpa etməyə çalışır.





Xəbəri paylaş


 
 


Xəbər lenti