Xəbərdarlıq: Tehrana “kimyəvi yağış” yağır

 
25-01-2024, 14:04            148 dəfə baxılıb
Tehranda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Tehran Meteorologiya Mərkəzi məlumat yayıb.
“Şəhər səmasında duman və yağışların tərkibində kimyəvi maddələr var. Şəhərə düşən yağışı “kimyəvi yağış” adlandırmaq olar”, - mərkəzin məlumatında bildirilib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, hər il İranda hava çirkliliyi səbəbi ilə təxminən 27 min nəfər həyatını itirir. Həyatını itirənlərin 6 mindən çoxu Tehran şəhərinin sakinləridir.







Xəbəri paylaş


 
 


Xəbər lenti