Britaniya kəşfiyyatı Rusiya qoşunlarının İlan adasından çıxmasının səbəbini açıqlayıb
1-07-2022, 11:36 71 dəfə baxılıb
Böyük Britaniya kəşfiyyatı Rusiya qoşunlarının İlan adasından çıxmasının səbəbini açıqlayıb.
“Əyalətmedia.az” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına görə, Rusiya xoşməramlı niyyət kimi İlan adasından çıxmayıb.
“Ötən gün Rusiya Müdafiə Nazirliyi hərbçilərinin Qara dənizin şimal-qərbindəki İlan adasından çıxdığını elan etdi. Ada işğalın ilk günlərində ələ keçirilmişdi. Ukrayna Silahlı Qüvvələri son bir neçə həftə ərzində raket və pilotsuz təyyarələrdən istifadə etməklə Rusiya qarnizonuna qarşı hücumlar həyata keçirib. Bundan əlavə, Ukrayna ordusu Rusiya hərbi gəmilərinin qarşısını almaq üçün gəmi əleyhinə raketlərdən istifadə edib. Rusiya iddia etdiyi kimi xoşməramlı niyyət kimi İlan adasından çıxmayıb. Böyük ehtimalla bunun səbəbi Ukraynanın davam edən zərbələri idi. Güman ki, Lişansk Neft Emalı Zavodu ətrafındakı yüksəklik uğrunda gərgin döyüşlər davam edir”, - məlumatda bildirilib.

Xəbəri paylaş