Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
1-07-2022, 11:56
Rusiyanın Yakutiya Respublikasında radardan itərək qəzaya uğrayan “An-2” təyyarəsi tapılıb.“Əyalətmedia.az” xəbər verir ki, bu barədə “Qütb Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “An-2” təyyarəsi iyunun 21-də radardan itib. Onun göyərtəsində 2 ekipaj üzvü, 1 sərnişin, həmçinin 1 ton yük olub.
Xəbəri paylaş



























