ABŞ-da 800 şirkət Ukrayna üçün silah istehsal etmək istəyir

 
1-07-2022, 14:21            70 dəfə baxılıb
ABŞ Müdafiə Nazirliyi 800 şirkətin Ukrayna üçün innovativ silah istehsalı ilə bağlı 1300 təklifini nəzərdən keçirir. 
Əyalətmedia.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” telekanalı yayıb.
Bildirilir ki, Pentaqon yaxın həftələrdə Ukrayna üçün mümkün silah istehsalı ideyaları ilə bağlı qərarını verməlidir.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi layihələri 30 gün ərzində və yaxud daha qəliz layihələri 180 günə həyata keçirməyi bacaran istehsalçılar axtarır.



Xəbəri paylaş


 
 


Xəbər lenti