Beynəlxalq turizm platformalarında erməni separatizmi davam edir

 
6-06-2024, 11:51            104 dəfə baxılıb
Uzun illər ərzində Qarabağ və Şərqi Zəngəzurun vaxtılə işğal olunmuş ərazilərinə separatçı rejimin, erməni diasporunun və Ermənistan dövlətinin dəstəyi ilə qanunsuz turizm fəaliyyəti təşkil edilib. Bu prosesə əsasən Ermənistan vətəndaşları və müxtəlif ölkələrin vətəndaşlığına malik olan xaricdə yaşayan erməni diaspor nümayəndələri cəlb edilsə də, xarici vətəndaşların o cümlədən ermənipərəst siyasətçilərin də gəlişi müşahidə olunub.

Ermənipərəst ABŞ Konqresmeni Frank Pallonun Xankəndiyə qanunsuz səfəri, 1 oktyabr 2019-cu il
II Qarabağ Müharibəsindən sonra separatçı rejim və dəstəkçiləri Qarabağ ərazilərinə qanunsuz səfərlərin təşkili davam etdirməyə cəhd göstərsələr də, bu kimi fəaliyyətlər artıq tarixə qovuşub.
Buna baxmayaraq, informasiya dövrünün diplomatiyasının “post-truth” (həqiqət sonrası) çağında ermənilərin rəqəmsal dünyada “Artsakh” mövhumunu yaşatmaq, virtual varlığını təmin etmək cəhdləri tükənmir.
Son illərdə aidiyyatı dövlət orqanları tərəfindən işğaldan azad edilən ərazilərdə separatçılar tərəfindən dəyişdirilən yaşayış məntəqələrinin adlarının elektron xəritələrdə əsli ilə dəyişdirilməsi və digər bu qəbildən olan addımlar atılıb. Turizm sahəsində də analoji fəaliyyətin aparılması istisna edilmir. Lakin hələ də bəzi tanınmış elektron platformalarda turizm məqsədi ilə Qarabağ ərazilərindəki restoran və yaşayış məntəqələri qeyd olunmağa, satışı aparılmağa davam edir.
Hazırda məşhur Airbnb platformasında Xankəndi və ətraf ərazilərdən turizm məqsədli yaşayış məntəqələri (mənzillər) tapmaq mümkündür və hazırda adıçəkilən platforma tərəfindən bu məkanların turistlər üçün satışı hələ də davam etdirilir.





Xəbəri paylaş


 
 


Xəbər lenti