Moskvadan İrəvana sərt təpki: “Yerinə yetirin, borcunuzdur”

 
10-06-2024, 12:33            106 dəfə baxılıb
Ermənistan rəhbərliyinin maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etməsini nəzərə alaraq, KTMT-nin cari ilin büdcəsinə düzəliş etmək lazımdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik bildirir ki, hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarının layihəsi hazırlanır. Qurum əlavə edir ki, rüsumların yenidən bölüşdürülməsindən söhbət gedə bilməz.
Bununla belə, Rusiya XİN vurğulayır ki, İrəvanın KTMT nizamnaməsinə uyğun olaraq maliyyə öhdəlikləri qalır.
“İstənilən halda biz ondan çıxış edirik ki, İrəvan təşkilatın nizamnaməsinə və KTMT-yə üzv dövlətlərin rəhbərləri tərəfindən təsdiq edilmiş digər sənədlərə uyğun olaraq maliyyə tələblərini yerinə yetirməyə borcludur.
Yeri gəlmişkən, bu, beynəlxalq təşkilatların qlobal təcrübəsidir, burada maliyyə intizamı tərəflərdən birinin üzvlüyünü dayandırmaq, hətta ona xitam vermək istəyindən asılı olmayaraq qorunur”, – açıqlamada qeyd olunur.



Xəbəri paylaş


 
 


Xəbər lenti