Ermənistan KTMT-ni pis vəziyyətdə qoydu

 
10-06-2024, 12:38            89 dəfə baxılıb
“Ermənistanın əvvəllər də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödənişlər üzrə borcları olub”.
Bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT xəzinəsinə ödənişlərdən imtina etməsini şərh edərkən verib.
Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan respublika rəhbərliyinin təşkilatın büdcəsi ilə bağlı Kollektiv Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara qoşulmaqdan, eləcə də onun fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, İrəvanın bu cür addımı ilk dəfə müşahidə olunmur:
“Təşkilatın büdcəsinə, o cümlədən Ermənistan tərəfindən ödənişlərdə gecikmələr əvvəllər də olub”, – deyə nazirlikdən bildirilib.
Rusiya XİN qeyd edib ki, əvvəlki hallarda maliyyə problemlər öncədən formalaşdırılmış ehtiyatlar hesabına həll edilirdi və “borclular” sonradan borclarını qaytarırdılar.
Qurum əlavə edib ki, Ermənistan rəhbərliyinin onun üzərinə düşən məbləği ödəməkdən imtina etməsini nəzərə alaraq KTMT-nin cari il üçün büdcəsinə düzəlişlər etmək lazımdır, lakin ödənişlərin yenidən bölüşdürülməsindən söhbət getmir. Eyni zamanda, Moskva hesab edir ki, İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəlikləri qalmaqdadır.
Məlumata görə, bu il Ermənistan üçün 53,22 milyon rubl (1 milyon manatdan çox) məbləğində ödəniş müəyyən edilib.




Xəbəri paylaş


 
 


Xəbər lenti