Culian Assanj azadlığa çıxdı
25-06-2024, 11:46
“Wikileaks”in qurucusu Culian Assanj həbsxanadan azad edilib.Bu barədə “Wikileaks” “X” sosial şəbəkəsində məlumat yayıb.
“Culian Assanj azadlıqdadır”, – bəyanatda deyilir.
Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxılılıb. O, təyyarə ilə Böyük Britaniyanı tərk edib.
Xəbəri paylaş



























