"Avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək" - Baş Kəşfiyyat İdarəsi

 
4-07-2022, 12:12            49 dəfə baxılıb
“Ukrayna xalqı yaxın zamanlarda Rusiyaya qarşı mübarizədə ilk qələbəni görəcək”.
“Əyalətmedia.az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O söyləyib ki, müharibədə dönüş nöqtəsinin əhəmiyyətini düzgün dərk etmək lazımdır: “Mən əvvəllər demişdim ki, avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək. Bu, ilk dönüş nöqtəsi olacaq”.
Lakin hərbi kəşfiyyatın rəhbəri təfərrüatları açıqlamaqdan imtina edib: “İndi bütün planları ictimailəşdirməyimi istəyirsiniz ki, düşmən oxusun və hazırlaşsın? Mənim açıqlama verəndə heç səhv etdiyimi görmüsünüz? Elə isə gözləyin”.
K.Budanov Ukraynanın öz ərazilərini yalnız hərbi yolla geri alacağını da vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirmişdi ki, ukraynalılar avqust ayından etibarən işğal olunmuş Xerson vilayətində əks-hücumun konkret nəticələrini görəcəklər.



Xəbəri paylaş


 
 


Xəbər lenti