Rusiyalı politoloqdan İrəvana XƏBƏRDARLIQ: Mİnskdəki paradda Azərbaycan, Rusiya və Belarusun iştirakı İrəvanın üzünə "sillədir"

 
3-07-2024, 11:46            90 dəfə baxılıb
Rusiyalı politoloq Sergey Markov Minskdə keçirilən paradda Azərbaycan, Rusiya və Belarus hərbçilərinin iştirakını şərh edərək, bu hadisəni “Ermənistan rəhbərliyinin üzünə sillə” və Ermənistanın gələcək fəaliyyətlərinin mümkün nəticələri ilə bağlı rəsmi İrəvana “xəbərdarlıq” adlandırıb. 
“Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birlikdə Minskdə keçirilən hərbi paradda iştirakı Ermənistan rəhbərliyinin üzünə şillədir, çünki Ermənistan rəhbərliyi satqındır. Bu, Ermənistan rəhbərliyinin daha da xəyanət yoluna getdiyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı xəbərdarlıqdır”, deyə Markov bildirib.
"Və bu, satqın Paşinyanın Lukaşenkoya qarşı açıq-aşkar təhqirlərinə görə Lukaşenkonun Paşinyana cavabıdır. Qərbliləri razı salmaq üçün Paşinyan Belarusa bütün səfərləri qadağan etdi. Xainlər", deyə İrəvanın əlindən yanıqlı olan Markov vurğulayıb. 



Xəbəri paylaş


 
 


Xəbər lenti