TƏCİLİ! Putinlə danışıqlar başladı - Ukrayna bölüşdürülür
3-07-2024, 12:19 103 dəfə baxılıb
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trampla əlaqəsi olan iki təhlükəsizlik eksperti bildirib ki, Tramp Rusiya lideri Vladimir Putinlə Moskvanın Ukrayna ərazisinin nə qədərini əlində tuta biləcəyi ilə bağlı danışıqlar aparır.
Musavat.com bu barədə "Politico"ya istinadən xəbər verir.
Məqalədə bildirilir ki, Tramp NATO-nun şərqə, xüsusən də Ukrayna və Gürcüstana doğru genişlənməməsi ilə bağlı razılaşma üzərində düşünür və Putinlə “Moskvanın Ukraynanın nə qədər ərazisini əlində saxlaya biləcəyini” müzakirə edir.
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp prezident olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saata bitirəcəyini açıqlamışdı.
Bundan əlavə, məqalədə qeyd olunur ki, Tramp prezident olduqdan sonra Avropa ölkələrindən NATO-ya yönəlmiş xərclərin kəskin şəkildə artıracağını gözləmir.

Xəbəri paylaş