Fransa səfirinin Baqrata cavabı şok etdi

 
5-07-2024, 11:30            86 dəfə baxılıb
Ermənistanda uzun müddətdir başlayan “keşiş Baqrat kampaniyası” mitinqlər və küçə döyüşlərindən müxalif medianın hay-küyü və regionlarda kiçik görüşlər səviyyəsinə qədər geriləsə də, davam etməkdədir.
Revanşist hərəkat başladan və heç nəyə nail ola bilməyən keşiş Baqrat hazırda Ermənistanın müxtəlif rayonlarına səfər etməklə gündəmdə qalmaq və ona qoyulan “sərmayəni” bu və ya digər şəkildə silməklə məşğuldur.
Az öncə Zəngəzura səfəri zamanı keşiş Baqratın goruslu bir sakinə verdiyi cavab isə diqqətçəkici və Qərbin Ermənistandakı proseslərə baxışını anlamaq baxımından mühümdür.
Goruslu keşişdən 12 iyun mitinqi zamanı hakimiyyətin aşırı zorakılığı, aksiyaçılara qarşı səs və qaz bombalarından istifadə edilməsi, onlarla insanın ağır xəsarətlər almasına xarici dövlətlərin reaksiyasını soruşub.
Baqrat isə bildirib ki, onlar Ermənistanda olan Qərb ölkələri səfirlərinin olaya münasibətini öyrənmək üçün məktub göndəriblər, əvəzində isə səfirlər nəinki hökuməti xüsusi tədbirlərə və polis vəhşiliyinə görə qınayıblar, hətta etirazçıları ittiham ediblər:
“Böyük oyunçulardan olan Avropa ölkəsinin Ermənistandakı səfirliyinə polisin insanları vəhşicəsinə döydüyünü, qaz bombalarından istifadə etdiyini əks etdirən videolarla məktub göndərdik. Cavab verdilər ki, bəli, bu epizodlar dəhşətlidir, bunlar qəbuledilməzdir, lakin hakimiyyətə rusiyapərəstlərin, daha doğrusu, rus agentlərin gələcəyindən daha az qorxuncdur”.
Keşiş Baqrat bu cavabı hansı ölkənin verdiyini açıqlamaq səlahiyyəti olmadığını bildirib. “Hraparak” isə öz mənbələrinə istinadla (çox güman ki, Baqrat öz adından yaya bilmədiyi məlumatı “mənbə” kimi müxalif mediaya ötürüb – red.) bunun Fransa səfirliyi, səfir Olivye Dekottini olduğunu yazıb.




Xəbəri paylaş


 
 


Xəbər lenti