Adı sənəd saxtalaşdırmasında hallanan şirkət bulvarı təmir edəcək
9-07-2024, 12:13 120 dəfə baxılıb
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərn "Sumqayıt Bulvar" MMC bulvar ərazisində cari təmir işləri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Kaspian Standart" MMC seçilib.
Tərəflər arasında maliyyə dəyəri 187 281,59 manat olan satınalma müqaviləsi imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsrullayev Fuad Nazim oğludur. Fuad Nəsrullayevdən əvvəl şirkəti Əmirov Elnur Nəriman oğlu təmsil edib.
"Kaspian Standart” MMC ilə bağlı aparedığımız araşdırmalardan məlum olur ki, şirkət təmir işləri yanaşı kitabların, dəftərxana və təsərrüfat mallarının satışı, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması ilə məşğuldur.
2022-ci ildə "Kaspian Standart" MMC-nin adı dövlə satınalmaları ilə bağlı sənədlərin saxtalaşdırılmasında hallanıb.
Həmin vaxt yayılan məlumatlarda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Məlumatda sənədləri saxtalaşdıran şirkətlərin adları qeyd edilib. Siyahıda "Kaspian Standart" MMC-nin də adı var.

Xəbəri paylaş