Ərdoğan və Putinin yeni planı: İran mane olur – Ağar
18-07-2024, 11:30 65 dəfə baxılıb
Normallaşma məsələsi ortaya çıxdığı zaman ilk açıqlama Suriyanın xarici işlər naziri Faysal Mikdaddan gəldi. O, şərt kimi Türkiyənin ölkədən çıxmasını irəli sürdü. Sonra Rusiya araya girdi. Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Əsədlə görüşdü. Orada isə Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Türkiyə ilə görüşməyin mümkün olduğu bildirildi. Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra prosesə kimin müqavimət göstərə biləcəyi məsələsi gündəmə gəldi.
Bu sözləri Türkiyə və Suriya münasibətlərinin normallaşma prosesi və maneələrdən danışan Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Ağar müharibənin yaratdığı ümumi travmanın və bölgədə geosiyasi maraqların toqquşmasının prosesə mane olduğunu bildirib:
“Eyni vaxtda Kayseridə məlum hadisə yaşandı, arxasınca Suriyada hərbçilərimizə qarşı hücumlar oldu. Baş verənlər ölkəmizin 23 vilayətində iğtişaşlara yol açdı. Biz, əlbəttə, Suriyadan terrorçuların təmizlənməsini, orada vəziyyətin sabitləşməsini, illərdir davam edən vətəndaş müharibəsinə görə ölkəmizə üz tutan təxminən 5 milyon qaçqının öz evlərinə qayıtmasını istəyirik. Ancaq indi ortada Suriyada uzun illər davam edən vətəndaş müharibəsindən meydana gələn travma və bundan qaynaqlanan sosioloji və psixoloji müqavimət var. Bununla yanaşı, kənardan vəziyyəti izləyən, bölgədə qalmaq üçün həmin sosioloji və psixoloji müqavimətdən faydalanmaq istəyən qüvvələr də mövcuddur. Xüsusilə meydanda bəzi fiqurların, silahlı qrupların, terrorçuların, müxtəlif böyük tayfaların buna müqavimət göstərəcəyi ilə bağlı əlimizdə ilkin siqnallar var. Digər tərəfdən hələ özünü çox büruzə verməsə də, İdliblə bağlı müəmmalı məqamların olduğu görünür. Orada assimetrik təhdidlə qarşılaşa biləcəyimizi nəzərə almalıyıq. Təbii ki, ən əsas məsələlərdən biri də digər güclərin, yəni Suriyaya müdaxilə edən ölkələrin bununla bağlı sərgiləyəcəkləri mövqedir. Əsəd tərəfindən verilən açıqlamaların ziddiyyətli olmasının da səbəbi həmin ölkələrdən birinin təzyiqi ilə əlaqədardır”.
Ekspert normallaşma məsələsində Rusiya və İran arasında fikir ayrılıqlarının olduğunu bildirib:
“Suallara cavab tapmaq üçün qonşu İraqa da baxmalıyıq. Bağdadla “İnkişaf Yolu” dəhlizi ilə bağlı konkret addımlar atılmağa başlayanda bu böyük həyəcan yaratdı. Hətta PKK istənilməyən təşkilat elan edildi, bölgəmizdə ortaq koordinasiya mərkəzinin qurulması ilə bağlı ilkin razılıq əldə olundu. Arxasınca isə İraq Təhlükəsizlik Şurasından ziddiyyətli açıqlama verildi və ölkənin ən böyük şiə hərəkatı adlandırılan “Asaib Əhl əl-Haqq”ın baş katibi Qais Xazali ölkəmizi tənqid, hətta təhdid edən bəyanatlar verdi. Bir sıra digər qruplar da onlara qoşuldu. Dərhal sonra isə Əsəd nala-mıxa vurmağa başladı. Bəs bunun arxasında hansı ölkə durur? İlk ağıla gələn münasibətlərin normallaşmasından narahat olan İrandır. Çünki İsmayıl Qaaninin 9 iyulda Suriya, İraq və Livan səfərlərindən sonra bu açıqlamalar verilməyə başladı. Əsas cavab tapılmalı sual isə Rusiya üzərindən həyata keçirilən Türkiyə-Suriya normallaşma prosesinə İranın münasibətidir. Baş verənlər onun narahat olduğunu göstərir. Tehran masada olmağa və məsələlərin öz mənfəətlərinə uyğun şəkildə həllinə çalışır. Çünki ərəb ölkələrindən fərqli olaraq, Ankara ilə münasibətlərin normallaşmasının köklü dəyişikliklərə gətirib çıxaracağını düşünürlər. Hazırda Suriyanı özünün proksisinə çevirən İran orada sosioloji, demoqrafiq və teoloji baxımdan dəyişikliklər aparır və bu xətti Livanın cənubuna birləşdirmək istəyir. Bütün əldə etdiklərini itirəcəklərini düşünürlər. İndi ölkəmizlə Qərb arasında güvən problemi var. Rusiya da hərəkət edərkən bu və digər məsələləri nəzərə alır. Əsəd özü də məngənənin içindədir, çünki Suriya Rusiya və İranın proksi dövlətinə çevrilib. Onlardan icazəsiz addım ata bilmir. Ancaq o da boğulur və Livanda müharibənin başlayacağı halında ölkənin cəbhəyə çevriləcəyini bilir. Ona görə də Türkiyə ilə razılaşaraq şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyir. Fikrimcə, normallaşma hələ çox vaxt alacaq. Amma müzakirələrlə və ümumi çərçivəni müəyyən etməklə ortaq çıxış yolunu tapmaq mümkündür”.

Xəbəri paylaş