Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur

 
31-07-2024, 11:10            104 dəfə baxılıb
Keçmiş ABŞ lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edən yeddi ştatdan dördündə ABŞ-ın vitse-prezidenti Kamala Harrisə uduzur.
Bu barədə “Bloomberg” və “Morning Consult”un keçirdiyi sorğunun nəticələrində göstərilib.
Harris Arizona (49% – 47%), Viskonsin (50% – 47%), Miçiqan (53% – 42%), Nevada (47% – 45%) ştatlarında Tramp üzərində üstünlüyə malikdir.
Corciya ştatında namizədlər eyni səviyyədə dəstək alsalar da (47%), Tramp Pensilvaniya (50%-46%) və Şimali Karolinada (50%-46%) daha çox dəstəkçiyə malikdir.
Sorğu iyulun 24-dən iyulun 28-dək aparılıb və 17 ştatdan 5 minə yaxın amerikalı seçici iştirak edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti