"HƏMAS-ın bütün siyasi rəhbərliyi öldürüləcək" – Rus politolloqdan AÇIQLAMA
31-07-2024, 13:01 109 dəfə baxılıb
“Son günlər baş verən hadisələr açıq şəkildə göstərir ki, İsrail kəşfiyyat xidmətləri harada olmalarından asılı olmayaraq, əsas hərbi-siyasi düşmənlərini çox səmərəli şəkildə məhv edə bilir”.
Bu sözləri KONKRET.az-a açıqlamasında rus politoloq Oleq Kuznetsov bildirib.
Onun sözlərinə görə, “İstər İran, istər Suriya, istərsə də Livanda olsun, HƏMAS-ın bir ayda bütün yüksək siyasi rəhbərliyi və döyüş komandirləri öldürüləcək”.
Siyasi şərhçi Haniyənin öldürülməsini belə şərh edib:
“Haniyənin qətli xüsusilə daha qorxunc görüntü idi – Raket onun yataq otağının pəncərəsindən içəri daxil olmuşdu. 1993-cü ildən Rusiya xüsusi xidmət orqanları çeçen separatçılarının lideri Cövhər Dudayevi belə məhv etmişdi. Yüksək səviyyəli peşəkarların əl izi hər yerdə görünür”.
Rus ekspertin qənəatinə görə, bu qətl bir çox mətləblərdən xəbər verir:
Məhz bu faktor rəsmi Tehranı İsaril tərəfdən gələcək ciddi zərbələrdən qoruyur. Bu da bütün dünyaya hər dəfə nümayiş etdirir ki, İran “kağız üzərində pələngdir” və ya 200 il bundan əvvəl Britaniya karikaturalarında təsvir olunan “fars pişiyidir””.
KONKRET.az

“Tehranda İsmayıl Haniyənin qətli İran və İsrail arasında vəziyyətin hansı həddə olduğunu anlamaq üçündür. Xatırladım ki, İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Qasım Süleymani də məhz belə aradan götürülmüşdü. Məhz bundan sonra İsrailə qarşı çoxlu iddialı təhdidlər olmuşdu, lakin onların heç biri ciddi şəkildə həyata keçirilmədi. Bütün bunlar İranın ən azı bu gün İsrailə qarşı əhəmiyyətli bir şey edə bilmədiyini göstərir.Üstəlik, İsrail İrana qarşı məqsədyönlü təxribat və terror hücumları ilə bütün dünyaya və bu ölkənin əhalisinə ayətullahların siyasi rejiminin və İran İnqilabı Keşikçiləri Korpusunun İranın qlobal təhlükəsizliyini təmin etməkdə acizliyini nümayiş etdirir. Yəni bugünkü İran təkbaşına deyil, sırf beynəlxalq münasibətlər və ittifaqlar sistemində Çin və Rusiyanın gücünə və qüdrətinə arxalananda güclü ola bilər.
Məhz bu faktor rəsmi Tehranı İsaril tərəfdən gələcək ciddi zərbələrdən qoruyur. Bu da bütün dünyaya hər dəfə nümayiş etdirir ki, İran “kağız üzərində pələngdir” və ya 200 il bundan əvvəl Britaniya karikaturalarında təsvir olunan “fars pişiyidir””.
Siyasi analitik xüsusi olaraq vurğuladı ki, Haniyənin qətli ilə bağlı Üçüncü Dünya Müharibəsinin başlanmasından söhbət gedə bilməz:Bircə qalır baxmaq ki, dünyada publik olaraq kim və hansı ifadələrlə bu aktı ittiham edəcək?! Mənə elə gəlir ki, əsas reaksiya nəzakətli susqunluq olacaq”.
“İranın İsrailə qarşı heç bir ciddi cavabı olmayacaq. HƏMAS nəinki ərəb dünyasında, hətta İordan çayının qərb sahilindəki fələstinlilər arasında 100 faiz dəstəyi olmayan terrorçulardır. Yəni əslində üçüncü dünya müharibəsi bir yana qalsın, İranın qisas alacağı heç kim yoxdur. Haniyənin öldürülməsindən sonra dünya heç olmasa Yaxın Şərqdən kənarda daha rahat nəfəs aldı.
KONKRET.az
Xəbəri paylaş