"Ermənistan ölümcül səhvə yol verdi" - "Dünyada təklənmişik"

 
2-08-2024, 12:12            105 dəfə baxılıb
Xalatyan: “Ermənistan ölümcül səhvə yol verdi”
“Ermənistan-Rusiya münasibətlərində böhranın dərinləşməsi fonunda Azərbaycan Rusiya ilə çox bacarıqlı siyasət aparır və öz mövqeyini gücləndirməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni analitik, siyasi şərhçi Hayk Xalatyan bildirib.
“Azərbaycan Zaxarovanın vasitəçilik rolunu oynamağa və Ermənistan və Azərbaycan liderlərini qəbul etməyə hazır olduqları barədə bəyanatına dərhal müsbət cavab verdi, lakin danışıqların Qərb platformasına getməsinə əvvəldən kömək edən də elə həmin Azərbaycan idi. Azərbaycan öz siyasətini aparır, ikitərəfli format onun üçün sərfəlidir, lakin Rusiya Federasiyası ilə münasibətləri korlamır və Ermənistan hakimiyyətindən fərqli olaraq daha etibarlı tərəfdaş imicini yaradır. Bakı da İran istiqamətində eyni siyasəti aparır”.
Xalatyanın sözlərinə görə, Rusiyada hərbi elita əsəbi şəkildə etiraf edir ki, Ermənistan Fransadan silah alır və Ermənistan hakimiyyəti silah almaq prosesini Rusiya ilə münasibətlərini korlamaqla həyata keçirir.
“Rusiyanın Ermənistanın ABŞ-la keçirdiyi hərbi təlimlərə reaksiyasını xatırlayırsınızmı? Guya ondan əvvəl Ermənistanda belə təlimlər keçirilməyib? Məsələ biurasındadır ki, Ermənistan ABŞ-la dəfələrlə hərbi təlimlər keçirib və NATO-nun başçılıq etdiyi müxtəlif sülhməramlı missiyalarda iştirak edib. Lakin həmin dövrlərdə bizim KTMT-də çox fəal rolumuz var idi. Rusiyada heç kim Ermənistanla müttəfiqlik münasibətlərini şübhə altına almırdı və o zaman vaxtilə həmin hərəkətlər çox sakit qarşılanırdı, çünki Ermənistanın mövqeyi anlaşılan idi, Ermənistan heç kimə qarşı oynamırdı. İndi eyni vəziyyət deyil. Ermənistan Fransadan silah alır, təlimlərdə iştirak edir, amma olduqca əsəbi reaksiya ilə qarşılaşır. Baxmayaraq ki, bizim təhlükəsizlik problemimiz var, silaha ehtiyacımız var, anlayırıq ki, biz indi müharibə vəziyyətindəyik. Amman nədənsə heç kim bizi başa düşmür”.
Siyasi şərhçi vurğulayıb ki, “Ermənistan hakimiyyəti Azərbaycanla danışıqların ikitərəfli formatda aparılmasına icazə verərkən ölümcül səhvə yol verdi.
Azərbaycan çox məntiqlə hərəkət edir və bu ikitərəfli format Azərbaycan üçün çox sərfəlidir.
“Necə olur ki, Moskva onun müttəfiqi olan Əsədin maraqlarını qoruya bilir və Türkiyə prezidenti eyni Suriya məsələsində çoxlu güzəştlərə getməli olur? Xatirinizdədirsə, Ərdoğan deyirdi ki, Əsəd getməlidir. Amma indi Əsədlə görüşməyə, danışıqlara can atır. Bəs Rusiya niyə Suriyada güzəştə getmədi, çünki Əsədlə Putin arasında normal münasibətlər var idi, müəyyən etimad var idi, burada hər şeydə Dəməşqlə Moskvanın mövqeləri üst-üstə düşmür, amma inam olanda hər məqsəd nəticə verir.
Ermənistanda hadisələr o qədər sürətlə inkişaf edir ki, insanlar bütün prosesi unudurlar. Putinin “Valday” klubunda məşhur çıxışını xatırlayırsınızmı? O demişdi ki, masada Qərb variantı və rus versiyası var. Qərb variantı Qarabağın itirilməsi deməkdir. Vladimir Putinin dedikləri doğru çıxdı.
Mümkün hərbi əməliyyatlar zamanı Rusiya Ermənistana hər hansı yardım etməyəcək. Çünki ya bu ilin sonu, ya da gələn ilin əvvəli gözlənilən eskalasiya Paşinyana xalqı qorxutmaq məqsədi daşıyacaq. Daha genişmiqyaslı müharibə və qorxu sayəsində Ermənistan hakimiyyəti ciddi daxili siyasi problemləri həll edəcək və nəzərdə tutduqları bütün güzəştlərə gedəcəklər.
Baxın, əgər müharibə olacaqsa, Qərbdən heç kim real yardım etməyəcək.



Xəbəri paylaş


 
 


Xəbər lenti