İki ölkədən İrəvana tələb: - "Dəhliz o vaxta qədər açılmamalıdır”

 
6-08-2024, 11:50            120 dəfə baxılıb
Zəngəzur dəhlizinin açılmasını təkcə Azərbaycan və Türkiyə yox, Böyük Britaniya və ABŞ də istəyir.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, Arazdəyən və Qafan istiqamətindəki Rusiya sərhədçilərinin çıxarılmasının səbəbi dəhlizlə bağlıdır, bu, Ermənistan rəhbərliyinin istəyi ilə baş tutub.

“Bu plan təkcə Azərbaycan və Türkiyə yox, həm də Britaniya və ABŞ ilə bağlıdır. Onların planı Ermənistanı tranzit əraziyə çevirməkdir. Əsas məsələ insanlar və yüklərin bu ərazidən (Zəngəzur) daşınmasıdır. Xətt İraq, Liviya, Türkiyə, Azərbaycan (Naxçıvan), Ermənistan və Orta Asiya respublikalarını əhatə etməlidir”, - Nahapetyan vurğulayıb.

Ekspert Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr üçtərəfli bəyanatı üzrə öhdəlik götürdüyünü də xatırladıb:

“Ermənistan 10 noyabr sənədinin 9-cu bəndini yerinə yetirmir, burada kommunikasiya və yolların açılması nəzərdə tutulur, Azərbaycan buna hazırdır. Bəs Ermənistan niyə bunu etmir, çünki Britaniya və ABŞ Ermənistanın qarşısına tələb qoyub ki, həmin yollara nəzarət Rusiyada olmamalıdır. Çünki 10 noyabr müqaviləsində qeyd olunur ki, nəzarəti Rusiya tərəfi həyata keçirəcək. İndi ABŞ və Britaniyadan İrəvana bildirilib ki, Rusiya bundan kənarda qalanadək dəhliz açılmasın”.






Xəbəri paylaş


 
 


Xəbər lenti