Ukrayna irəliləyir, rus generallar şokda: Putinə yalan dedilər

 
9-08-2024, 11:07            82 dəfə baxılıb
Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə gözlənilən hücumu barədə iki həftə öncədən məlumatlı olub, lakin ölkənin hərbi rəhbərliyi bu məlumatlara məhəl qoymayıb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə “Blumberq” Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna üçün müharibə başlayandan bəri ən böyük hücumun hazırlanması barədə Prezident Vladimir Putinə məlumat verilməyib, Baş Qərargah rəisi Valeri Gerasimov da onlara məhəl qoymayıb.
Mənbə iddia edib ki, Putin böyük ehtimalla 12 ildən artıqdır Baş Qərargaha rəhbərlik edən və Müdafiə Nazirliyinin genişmiqyaslı “təmizlənməsi”nə baxmayaraq, vəzifəsində qalan Gerasimovu bu olaydan sonra da işdən çıxarmayacaq. Bununla belə, çoxsaylı ordenlərin, ən yüksək rütbənin (ordu generalı) sahibi 68 yaşlı Gerasimovla bağlı artıq səbr kasası dolmaqdadır.
Nəşr xatırladıb ki, Gerasimovun ukraynalıların hücumunu dayandırdıqları barədə açıqlamasından sonra Ukrayna ordusu daha da irəliləyərək, Suca şəhərini də ələ keçirib, onlarla əsgər əsir götürüb və zəbt etdiyi ərazini 400 kv/km-ya çatdırıb.
Mənbə deyib ki, kəşfiyyatın xəbərdarlıqlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin gözlənilməz hücumu rus generallarını təəccübləndirib, rus qoşunları hazırlıqsız yaxalanıb və praktiki olaraq heç bir müqavimət göstərə bilməyib.
Son məlumata görə, Ukrayna ordusu artıq Kursk vilayətində ən azı 20 yaşayış məntəqəsini ələ keçirib.







Xəbəri paylaş


 
 


Xəbər lenti