Zelenskidən SON DƏQİQƏ: Bu şəhər BİZDƏDİR! Krım körpüsü isə TƏCİLİ bağlandı - CANLI
16-08-2024, 14:04 131 dəfə baxılıb
Rusiyanın Kursk vilayətinin Sudja (Suca) qəsəbəsini nəzarətə götürüb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" hesabından paylaşım edib. Zelenski açıqlamasında deyib: “Biz yeni irəliləyiş əldə etdik. Baş Qərargah rəisi Aleksandr Sırski Sudjanın ələ keçirildiyini bildirdi. Hazırda orada Ukrayna hərbi komandanlığı yaradılır. Daha bir neçə yaşayış məntəqəsi də geri alınıb. Onların sayı artıq 80-ni ötüb.
Ruslar Kursk vilayətində kütləvi şəkildə təslim olurlar. Əsirlərin böyük əksəriyyətini hərbi xidmətə çağırılanlar təşkil edir. Onlar şikayətlənirlər ki, ailələri onların taleyi haqqında heç nə bilmirlər. “Skay Nyus”un reportajında bildirilib. Əsirlərin sözlərinə görə, hər şey anidən baş verib və onlar təslim olublar.
“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Vladimir Putin israr edirdi ki, çağırışçılar cəbhə bölgəsinə göndərilmir. Bununla belə, Kursk vilayətinin müdafiəsini əsasən gənc çağırışçılar və sərhədçilərin məhdud hissələri həyata keçirirdi. Onların arxasında kadırovçular dayanırdı”, - nəşr yazıb.
Təcridxananın rəsmisi bildirib ki, bir həftə ərzində 200-dən çox hərbi əsir qəbul edilib: “Onların paltarı dəyişdirilir, yuyulur, sonra kameralara bölüşdürülür. Daha sonra hüquq-mühafizə orqanları filtrasiya prosesini həyata keçirir.
Hər şey yoxlanılandan sonra onlar düşərgələrə göndərilir. Digər hərbi əsirlər də bu düşərgələrdə saxlanılır və orada dəyişdirilməsini gözləyirlər”. Ukraynalı polkovniklərdən biri nəşrə bildirib ki, 2000-ə yaxın rus əsgəri əsir götürülüb.
“Krım küləyi” Telegram kanalının məlumatına görə, Feodosiyada ərazisində havadan hücum siqnalları verilir. Sevastopolda da vəziyyətin eyni olduğu bildirilir. Çornomorskda isə güclü partlayış səsləri eşidilir. “Ukrinforum” saytı isə bildirib ki, gecədən Krım körpüsü bağlanıb. Rusiya həmin körpü ilə hərəkət imkanlarını itirib. Bununla da, Rusiya ilə Krım arasında əlaqənin dayandığı bildirilir.
TVMusavat-ın bu gün saat 13:30-da canlı yayımlanan “Canlı debat” verilişində aparıcı Sevinc Telmanqızı Kursk müharibəsinə dair ən son yeniliklərlə sizi tanış edir:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat

Xəbəri paylaş