Rusiyanın gələcəyini qurban verən çar… – Rusiyada Putinin Bakıya səfərindən niyə narazıdırlar?
21-08-2024, 10:52 102 dəfə baxılıb
Kurskda baş verənlərin fonunda Azərbaycana səfərə gələn Vladimir Putini artıq nəinki müxalif düşüncəli Rusiya vətəndaşları, qatı şovinistlər və “Z-patriotlar” da ittiham etməyə başlayıblar. Ukrayna ilə bütün sərhəd zolağı od-alov içindəykən, 100 minlərlə Rusiya vətəndaşı öz daimi yaşayış yerlərindən didərgin düşərkən, faktiki olaraq, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə ölkə torpaqları başqa dövlət tərəfindən zəbt edilərkən və hətta orada hərbi komendatura yaradılarkən, Ukraynanın Kurskun dərinliklərinə hücumu davam edərkən və s. Putinin Bakıya – Xəzər sahilinə, isti, sakit Bakıya səfər etməsi, şəhər gəzintisinə çıxması, əlbəttə ki, adekvatlıq hissini itirməyən rusiyalılarda qıcıq və hiddət yaratmaya bilməzdi…
Bu gün Rusiya sosial şəbəkələrində Azərbaycanın yüksək qonaqpərvərliyi və düşünülmüş xarici siyasəti ilə bərabər, Putinin Bakı səfərinin “yersizliyi”, eləcə də bütün bunların fonunda Kurskdan qaçmalı olan rusiyalılara ödənən 10 min rubl (təxminən 100 dollar) mövzusu əsas yerlərdən birini tutur. Muzdla tutub müharibəyə göndərdiyi vətəndaşına 2 milyon rubla yaxın(təxminən 20 min dollar) mükafat vəd edən Kremlin evindən didərgin düşən, hər şeyini qoyub qaçan vətəndaşa 100 dollar verməsi ən qatı “putinçiləri” də narazı salıb.
Bu gün Kurskdan qaçan rusiyalı qaçqınlar (Necə də qəribə səslənir-C.M) muzdlu döyüşçülərdən fərqli olaraq, heç də könüllü şəkildə bu vəziyyətə düşməyiblər və onları qorumalı olan Putin hakimiyyəti öz birbaşa vəzifəsini, borcunu yerinə yetirməyib. Bu da azmış kimi, hər şeylərini itirmiş, çarəsiz, sığına biləcəkləri yaxın adamları olmayan (Azərbaycandan fərqli olaraq, Rusiyada qohumluq əlaqələri hər hansı sığınacaq, dəstək təminatı vermir-C.M.) insanlara bir də cəmi 100 dollar pul verilməsi onları ələ salmaq, alçaltmaq kimi görünür. Əlbəttə ki, həmin insanlar və onların vəziyyətini anlayan rusiyalılar Putinin Bakı küçələrindən gülərüz, şən görüntülərini görəndə öz zəngin leksikonlarındakı nalayiq ifadələrdən gen-bol istifadə etməmiş deyillər…
Ümumiyyətlə, son günlər Rusiya sosial şəbəkələrində, bəzi nisbətən müstəqil mətbu orqanlarda, hətta “Z – bloqerlər” çevrəsində Kremlin Kursk əməliyyatına yarıtmaz, saymazyana münasibətinə kəskin reaksiya müşahidə olunur. Bu isə Rusiya cəmiyyətinin müəyyən hissəsinin Ukrayna müharibəsinin 3-cü ilində, ləng də olsa Putin hakimiyyətinin Rusiya üçün yaratdığı təhlükələri anlamağa başladığını göstərir. Ancaq yenə də bu, əhalinin böyük hissəsinə aid deyil, əsas kütlə bilərəkdən, ya da bilmədən – savadsızlıqdan, biganəlikdən və s. Kreml təbliğatının nağılları, narrativləri ilə yaşamaqda davam edir…
Lakin bununla yanaşı, belə görünür ki, rusiyalıların çoxluq təşkil etməyən bir qismi gec də olsa anlamağa başlayıb ki, Putin öz hakimiyyətinin uzadılması, şəxsən özünün bugününü və ömrünün qalan 5-10 ilini təmin etmək üçün Rusiya kimi böyük, dünya tarixində, siyasətində, mədəniyyətində, elmində və s. əvəzedilməz yeri olmuş bir dövlətin gələcəyini – siyasi nüfuzunu, iqtisadiyyatını, dünya bazarlarındakı yerini, geosiyası maraqlarını, idmanından tutmuş incəsənətinə, mədəniyyətinə qədər hər şeyini, hətta əhalinin genofondunu və torpaqlarını belə sağa-sola xərcləyir, qurban verir!
Bir zamanlar fəxrlə, ədayla “Rusiyanın sərhədləri heç yerdə bitmir” deyən Putin bu gün reallıqda Rusiyanın sərhədlərini “deşikli pendirə” döndərib. Müharibə apardığı və hər zaman təhlükə gözlənilən Ukrayna ilə sərhədlərini belə düz-əməlli bərkidə, qoruya biməyən, buna gücü, bacarığı, idarəçilik qabiliyyəti çatmayan Rusiyanın uzaq Çin, Yaponiya, Qazaxıstan, yaxud NATO ölkəsi olan Finlandiya, Pribaltika ölkələri ilə sərhədlərinin hansı vəziyyətdə olduğunu və bu ölkələrlə hər hansı bir qarşıdurma şəraitində hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil…
Bu gün aşkar görünən məsələlərdən biri odur ki, Kursk əməliyyatı Ukrayna müharibəsinin gedişini sürətləndirdi, onu bir növ “dalandan çıxardı”. “Qoca və axmaq Bayden”in dediyi kimi, bu əməliyyat Putini çətin dilemma qarşısında qoyub. Ancaq Çar sanki özünü o yerə qoymur və bunun çarəsizlikdən, çıxış yolu tapa bilməməsindən, yoxsa doğrudan da adekvatlıq hissini birdəfəlik itirməsindən irəli gəldiyini anlamaq çətindir…
Kursk əməliyyatı eyni zamanda bir daha rusiyalıların nəinki Putin hakimiyyətinə, öz vətənlərinə, torpaqlarına biganə münasibətini ortaya qoydu. Rusiya işğal qoşunları Ukraynanın müdafiəsiz şəhərlərinə girəndə, ukraynalılar rusiyalılardan fərqli olaraq, Zelenskiyə videomüraciətlər etmirdilər, onu tərifləyib, sonra da ondan maddi yardım, dəstək, çadır, yemək istəmirdilər, əllərinə düşən hər şeylə işğalçı qoşuna qarşı döyüşürdülər, yerli özünü müdafiə batalyonları yaradırdılar, döyüşənlərə hər cür yardım edirdilər, könüllü orduya yazılırdılar və sair.
Çünki Ukrayna dövlətini öz dövləti, hakimiyyətini öz hakimiyyəti, Ukraynanı isə gerçəkdən öz vətəni hesab edirdilər. Kurskda baş verənlər, yerli əhalinin Ukrayna qoşunlarına sözdə də olsa heç bir müqavimət göstərməməsi isə bir daha göstərdi ki, rusiyalılar bu hisslərdən çoxdan məhrum ediliblər. Elə Putin hakimiyyətinin də ən böyük və vacib resursu neft, qaz, kömür, qızıl, digər təbii sərvətlərdən daha çox məhz bu biganə, müti, “şahsevər” əhali və bütün bunlardan irəli gələn insan həyatının dəyərsizliyidir! Bəli, Putinin ən böyük “nailiyyəti” öz ölkəsində insan həyatının tamamilə dəyərdən salınmasıdır və bu gün Ukraynada, eləcə də Kurskda baş verənlər bunun sübutudur. Onun hakimiyyətini uzunömürlü edən də məhz budur!
Odur ki, vaxtilə Rusiya Dumasının sədri Vyaçeslav Volodinin “Putin varsa Rusiya da var, Putin yoxdursa, Rusiya da yoxdur” ifadəsi hələ qüvvədədir… /azpolitika.info

Xəbəri paylaş