“Eko İran” da Azərbaycana qarşı qərəzindən geri qalmadı - ZİBİLƏ DÜŞMÜŞÜK...

 
21-08-2024, 11:36            124 dəfə baxılıb
“Qarabağda baş verən proseslər İran və Azərbaycan arasında harmoniya üçün zəmin yaratdı. Ancaq Türkiyə kimi güclərin rəqabəti Yaxın Şərqdəki gərginliklə yanaşı, hər iki aktor üçün problem ola bilər”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər “Eko-İran” jurnalında dərc olunmuş “Qafqazda Qəzzada müharibənin afterşokları; Qarabağda yeni aktyorlar oynayır” başlıqlı məqalədəndir.
Nəşr yazır ki, İran və Azərbaycan kimi aktyor bir-birinə əvvəlkindən daha yaxındır. “İyulda Azərbaycan İrandakı səfirliyini yenidən açıb və bununla da üç illik gərginlikdən sonra Tehranla barışıq prosesini başa çatdırıb”.
Jurnal qeyd edir ki, İran və Azərbaycan əlaqələrin yaxşılaşdırılmasından faydalanacaq. “İki aktor arasında qarşılıqlı əlaqənin əsas hərəkətverici amillərindən biri əsas tranzit zonası kimi Azərbaycana arxalanan Rusiyanın Baltik və Xəzər limanlarından İran və Hindistana uzanan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir”.
“Eko-İran” hesab edir ki, alternativ marşrutlar olsa da, Azərbaycan trafikin artımının açarıdır. “Son statistik məlumatlara görə, bu dəhlizin genişlənməsi Rusiya ilə İran arasında ticarət dövriyyəsinin 2024-cü ilin ilk dörd ayında əvvəlki illə müqayisədə 48% artdığını göstərir”.
Jurnal yazır ki, Tehran və Bakı arasında barışıq İranın qonşu ölkələrlə dostluq münasibətlərini gücləndirmək üçün daha geniş xarici siyasət yürütməsinə imkan verib. “Lakin İran Azərbaycanın Qarabağ münaqişəsində qələbəsinin regional güc balansını dəyişəcəyindən narahatdır”.
Bütün bunlara baxmayaraq, İran nəşri qərəzindən də qalmayıb. Belə ki, “Eko İran” yazıb ki, guya, İsrail təkcə Qarabağ müharibəsi üçün həyati əhəmiyyət kəsb edən silahlarla Azərbaycanı təmin etməyib. “Həm də 2010-cu ildə Azərbaycanın hava bazalarına çıxış əldə etdiyi bildirilir”.
Jurnal onu da vurğulayır ki, Azərbaycan üçün İranla münasibətlərin yaxşılaşdırılması onun Ermənistanı silahla təmin edən Fransa kimi Qərb ölkələri və daha geniş şəkildə Avropa İttifaqı (Aİ) ilə gərgin münasibətlərini tarazlaşdırmağa kömək edə bilər.
Jurnal sonda qeyd edib ki, regional layihələr və Yaxın Şərqdəki qeyri-sabitlik Tehran və Bakını bir-birinə daha da yaxınlaşdırır. “Əlbəttə, Ermənistanla sülh və İsraillə uzunmüddətli və artan gərginlik kimi məsələlərdə hələ həllini gözləyən uzun yol qalır”.





Xəbəri paylaş


 
 


Xəbər lenti