Bu səhv Ermənistana baha başa gələcək – Türk general

 
29-08-2024, 11:17            124 dəfə baxılıb
Cənubi Qafqaz yenə də böyük güclərin rəqabət meydanına çevrilib. Dolayısı ilə Vladimir Putinin səfəri zamanı və dünən Türkiyədə xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra Naxçıvandakı mövqelərimizin atəşə tutulması ABŞ və Fransa başda olmaqla, Qərbin buna verdiyi reaksiyadır.
Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General Ermənistanın Qərbin maşasına çevrildiyini bildirib:
“Sadaladığımız güclər dildə sülh istədiklərini desələr də, beyinlərində və ürəklərində müharibə istəyir və bunun üçün çalışırlar. Hazırda regionda gedən mübarizə 200 illik geosiyasi rəqabətin davamıdır. Məsələ yalnız Azərbaycan və Ermənistan arasında deyil, bölgə getdikcə ABŞ və Rusiya arasında çəkişmə meydanına çevrilir. Rəsmi Vaşinqton İrəvanı öz proksisi kimi Moskvaya qarşı istifadə edir. Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstan baş verən bütün təxribatların mesaj xarakterli olduğunu bilir. Ancaq yalnız İran müttəfiqi, qardaşı adlandırdığı Ermənistanın atdığı təxribatçı addımlara göz yumur, hətta bir çox hallarda buna dolayı yolla haqq qazandırır”.
Karauz Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb:
“Ancaq öz mənfəətləri üçün qan və müharibə istəyənlər bilməlidir ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır. Biz sülh içində yaşamaq istədiyimiz üçün Ermənistana əlimizi uzatdıq. Ancaq müstəqilliyimizə, ərazi bütövlüyümüzə əl uzadanların əlini qırmağı, başına dəmir yumruğu endirməyi də çox yaxşı bilirik. Cənab İlham Əliyev də dəfələrlə bununla bağlı Ermənistana və havadarlarına xəbərdarlıq edib. Əgər yenə hansısa xam xəyallara qapılıb o səhv addımı atsalar, başlarına enən zərbənin təsirindən bir daha özlərinə gələ bilməyəcəklər. Ermənistan neçə ki, sülh imkanı var, bundan faydalanmalıdır. Çünki sonra çox gec olacaq və onu himayə edənlər hərəsi bir tərəfə çəkiləndə ortada tək qalacaq”.



Xəbəri paylaş


 
 


Xəbər lenti