Azərbaycana qarşı anlaşma işə düşdü - "Bu savaş Ermənistanı yox edəcək"
4-09-2024, 11:47 78 dəfə baxılıb
Aprelin 5-də Brüsseldə ABŞ və Ermənistan rəhbərliyinin bir görüşü olmuşdu. Bu görüşün nəticələri ilə bağlı çox məhdud məlumatlar verildi. Orada qəbul olunan bütün strateji qərarların biz bu gün icrasını görürük. Söhbət ondan gedir ki, tədricən Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyini təmin etmək üçün konkret plan hazırlanıb. Eyni zamanda bu plan üzrə hərəkətə keçilib. Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bir tərəfdən İrəvanın silahlandırılması məsələsini görürük, digər tərəfdən Ermənistanın tədricən dayanıqlı olması ilə İrəvanı Rusiyanın orbitindən uzaqlaşması prosesinə təkan verildiyini də müşahidə edirik. Bunlar paralel irəliləyir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik təminatı ilə bağlı bir mənalı etimad və təminat mövcud deyil və bu, ola da bilməz:
“Çünki 10-15 min kilometrdən ABŞ və yaxud Fransa kimi ölkələr gəlib Cənubi Qafqazda Ermənistanı region ölkələrinin əhatəsində müdafiə edə bilməz. Bu, mümkün də deyil. Müəyyən siyasi vədlər verilir. Bu da onunla bağlıdır ki, guya İrəvan tam olaraq Parisə etimad edə bilər və bu kontekstdə nə lazımdırsa Fransa guya Ermənistanı təchiz edəcək.
Ancaq belə bir şey yoxdur. Bunlar yalnız boş sözlərdir. Konkret hadisələr olduğu təqdirdə başda Fransa olmaqla bütün Qərb dünyasının bu prosesin arxasından necə qaçacağını hər kəs görəcək. Ona görə Ermənistanda müəyyən mənada bunun fərqindədir. Yəni ən azından Paşinyan anlayır ki, istənilən yeni hərbi qarşıdurma Ermənistanı və onun hakimiyyətini çox çətin vəziyyətə sala bilər. Ermənistanı nə qədər silahlandırmağa çalışsalar da, İrəvan bunun yetərli olmayacağını da bilməlidir. Düşünürəm ki, müəyyən mənada anlayır. Çünki verilən silahlar ən azından Azərbaycanla müqayisə olunduğu təqdirdə nəinki yetərli hətta bir neçə həftəlik belə dayanıqlı deyil. Üstəlik Azərbaycan da sadəcə Ermənistanın silahlanması qarşısında təsbeh çevirməklə məşğul olmur”.
Politoloq bildirib ki, Azərbaycan hər zaman ordusunu təkmilləşdirmək, peşəkarlaşdırmaq eyni zamanda ən müasir silahlarla təchiz etmək siyasəti yürüdür və bu, davamlıdır:
“Ona görə bu gün də, 5-10 il sonra da Ermənistana kimin yardım edib-etməməsindən asıl olmayaraq, bu müqayisə olunmayacaq dərəcədə hər zaman Azərbaycanın xeyrinə olacaq. Yəni Azərbaycan üstündür və üstün olacaq. Burada Ermənistanın qalib gəlmək kimi bir şansı yoxdur. Ermənistanda ağlı başında olan bir insan varsa anlamalıdır ki, Azərbaycanla növbəti toqquşma Ermənistan dövlətinin tamamilə yox olmasına gətirib çıxaracaq. Çünki bir tərəfdən Azərbaycan digər tərəfdən ərazi və “soyqırımı” iddiası ilə bağlı qardaş Türkiyə, bir yandan Rusiya ilə münasibətlərin korlanması və bütün bunların hamısının qarşısını ala biləcək güclü Ermənistan amili kimsə görürmü?..
Bu o deməkdir ki, gələcək perspektivdə hətta regionda Ermənistan əleyhinə yeni bir konfiqurasiya formalaşa bilər. Belə olduğu təqdirdə Ermənistanı kim qoruyacaq? Bu sualların cavabı yoxdur və olmayacaq. Ona görə, açığı, müəyyən mənada ordunun təşkil olunması, silahlandırılması kimi müəyyən hadisələri görürük. Ancaq bu, demək deyil ki, qısa müddət ərzində Ermənistan Azərbaycanla müharibə apara biləcək səviyyə qalxacaq. Elə bir şey yoxdur. Yaxın müddətdə də olma ehtimalı çox aşağıdır”.

Xəbəri paylaş