“Necə oldu ki, hamı həbs olundu, Şahramanyan isə Rusiya helikopteri ilə Ermənistana gətirildi…” - HƏQİQƏTƏN DƏ...
4-09-2024, 12:12 101 dəfə baxılıb
"Saray çevrilişi nəticəsində artsaxa rəhbərlik etmiş Şahramanyanın müstəqillik və suverenlik haqqında danışmağa haqqı yoxdur, çünki onun imzası artsaxın ləğv edilməsi haqqındakı sənədin altındadır".
Moderator.az xəbər verir ki, bu sözləri politoloq Edqar Arakelyan "Haykakan Jamanak" nəşrinə açıqlamasında söyləyib .
Arakelyanın sözlərinə görə, Şahramanyan və Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş “hökuməti”nin bir sıra nümayəndələri siyasətdən və beynəlxalq münasibətlərdən anlamayan insanlardır.
“Və bu gün artsaxın geri qaytarılacağını iddia edən həmin Şahramanyan president kimi artsaxda artsaxı qoruyub saxlaya bilmədi, əksinə, onun itirilməsinə, əhalisinin azalmasına və etnik təmizləməyə töhfə verdi və artsax müharibəsində ilk olaraq müəyyən rol oynayan digər keçmiş artsax prezidentlərindən fərqli olaraq Ermənistana çox təhlükəsiz şəkildə gələ bildi. Burada da suallar yaranır ki, necə oldu ki, hamı həbs olundu, amma Şahramanyan Rusiya helikopteri ilə Ermənistana gətirildi. Ümumiyyətlə, Şahramanyanın artsax tarixinin son dönəmində keçdiyi trayektoriya çox şübhələr yaradır və qaldırılmalı çoxlu suallar var və hesab edirəm ki, bu suallara da cinayət-hüquqi qiymətlər verilməlidir”,- deyə erməni politoloq vurğulayıb.
Xatırladaq ki, Samvel Şahramanyan Qarabağdakı qondarma rejimin digər liderlərinin Azərbaycan tərəfindən həbs olunmasından az sonra özünün Azərbaycan-Ermənistan sərhədindəki ""Laçın" sərhəd-keçid məntəqəsindən necə keçməsi hadqa jurnalist sulaını belə cavablandırmışdı: "Mən, müdafiə naziri və təhlükəsizlik xidmətimdən iki nəfər helikopterlə uşduq və Sisiana çatdıq”

Xəbəri paylaş