İran sakitləşmək bilmir - “Bu, türk düşmənçiliyidir”

 
6-09-2024, 11:58            148 dəfə baxılıb
İranın Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdləri sadəcə türk dünyasına qarşı apardığı düşmənçiliyin təzahürüdür.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Tehranın mövzu ilə əlaqədar qırmızı xətt iddiasının məntiqə uyğun gəlmədiyini bildirib:

“Zəngəzur dəhlizi dedikdə, Azərbaycanın Zəngilan rayonundan, Ermənistanın ərazisi ilə Naxçıvana gedən yol nəzərdə tutulur. Bu yol Ermənistan ərazisindən keçirsə, o zaman İranın sərhədi və ya qırmızı xəttinə nə aidiyyəti ola bilər?

Məsələ orasındadır ki, bəzi öz həmyerlilərimiz belə, bəzən durub İrana haqq qazandırır. Tutaq ki, biz Arazboyu yolu istifadəyə verdik, belə çıxır ki, bu, İranın qırmızı xəttidir? Zatən, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini ruslar qoruyur. Naxçıvana gedən yol Dərələyəzdən keçərsə, nə olacaq? İrandan icazə almalıyıq? Azərbaycanın qərb rayonlarından Naxçıvana quru yolu indi İran ərazisindən keçir. O zaman Ermənistan desin ki, bizim qırmızı xəttimizdir?

Azərbaycan və Ermənistan buna razıdırsa, o zaman İran nədən narazıdır? Yoxsa Ermənistan ərazisini ondan daha çox düşünürlər? O yol olsa belə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbçiləri nəzarət edəcəklər. İmzalanmış üçtərəfli sənəddə elə deyilir. Bu, sadəcə İranın türk dünyasına qarşı apardığı düşmənçilikdir, başqa adı yoxdur”.



Xəbəri paylaş


 
 


Xəbər lenti