İran Zəngəzura görə müharibə elan etdi: Üç dövlətlə savaşa girir
11-09-2024, 10:59 92 dəfə baxılıb
İranın Zəngəzur dəhlizini “NATO-nun Turan dəhlizi” adlandırması öncə də gündəmə gətirilmişdi. Bu, Tehranın manipuliyasiyasıdır. İddia edirlər ki, dəhliz açılması Turanın qurulması istiqamətində atılan addımdır. Türkiyənin NATO dövləti olmasına görə, İran məsələyə bu kontekstdən yanaşır.
Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, İran bu gedişi ilə Rusiyanı qıcıqlandırmağa çalışır:
“Moskvanın çəkindirici mövqe sərgiləməsi istənilir. Zəngəzur dəhlizi açılacaqsa, orada təhlükəsizliyi Rusiya həyata keçirəcək. Ona görə də, İranın bu məsələdə ortaya atdığı oyunlar heç bir məntiqə əsaslanmır”.
Siyasi şərhçiyə görə, İranın Zəngəzur dəhlizinə qarşı olan mövqeyi Rusiyanın bölgədəki siyasətini zəiflətməyə hesablanıb:
“Bununla da regionda qərbin mövqeyi daha çox önə çıxır. Görünən odur ki, Tehran arxa fonda Qərblə separat danışıqlarda iştirak edir. Zəngəzura görə, İran İsraillə yanaşı ikinci cəbhədə döyüşə bilər yanaşması ritorik mövqedir”.
Asif Nərimanlı hesab edir ki, İranın Zəngəzur dəhlizinə görə, Rusiya, Azərbaycan və Türkiyə tandemi ilə müharibə aparması mümkün deyil:
“Kreml üçün Zəngəzur dəhlizi ilə yanaşı regionda mövcud olmaq həyatı əhəmiyyət kəsb edir. İqtisadi-siyasi amillər var. Kommunikasiyanın açılması Rusiya üçün iqtisadi baxımdan önəmlidir. Moskva Ukrayna müharibəsinə görə sanksiyalara məruz qaldığına görə, Zəngəzur dəhlizi ilə yeni bazarlara çıxmaq istəyir. Ona görə də, Rusiyanın bu müstəvidə geri çəkilmək niyyətində deyil”.

Xəbəri paylaş