Əhəmiyyəti böyük olan debat – Nələr müzakirə olundu?

 
11-09-2024, 11:01            97 dəfə baxılıb
ABŞ-də seçkiöncəsi sabiq Prezident Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris arasında ilk debat keçirilib.
Onlar Filadelfiyada üz-üzə gəliblər.
Teledebat 1 saat 45 dəqiqə çəkib.
Nələr baş verdi? Hansı mövzular müzakirə olundu?
Müzakirələr zamanı siyasətçilər iqtisadi vəziyyətdən tutmuş Ukraynadakı münaqişəyə qədər geniş spektrli məsələlərdən danışıblar.
Debatın əvvələrində Tramp Harrisi marksist adlandırıb. O, Harrisin son dörd ildə bütün siyasi baxışlarını “pəncərədən atdığını”, demokratların dörd il ərzində iqtisadiyyatı məhv etdiyini, Harrisin isə Co Baydenin iqtisadi proqramını kopyaladığını söyləyib.
Həmçinin keçmiş Amerika lideri deyir ki, o, Ukraynadakı münaqişənin bitməsini istəyir. Tramp bir daha əmin edib ki, o, hələ dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Ukrayna münaqişəsinə son qoyacaq.
“Mən bunu tez edəcəyəm və Ukrayna ilə Rusiya arasındakı müharibəni bitirəcəyəm. Seçilsəm, bunu vəzifəyə başlamazdan əvvəl edəcəm”, – deyə siyasətçi bildirib.
Namizədlər bir neçə dəfə bir-birini yalan danışmaqda ittiham ediblər. Müzakirənin əvvəlində Harris deyib ki, tamaşaçılar Trampdan “çoxlu yalanlar, şikayətlər və ad çəkmələr” eşidəcəklər.
Vitse-prezident  bildirib ki, Trampın prezidentliyindən sonra ABŞ-də demokratiya vətəndaş müharibəsindən sonra ən pis vəziyyətdə idi: “Donald Tramp özündən sonra ən pis işsizlik səviyyəsini qoyub gedib. Tramp bizi bir əsrin ən pis ictimai sağlamlıq epidemiyası ilə tərk edib”.
Harris hesab edir ki, onun seçkilərdəki rəqibi ticarət müharibələrinin başlamasına töhfə verib. Kamala Harris Trampı prezidentlik dövründə Talibanla danışıqlara girdiyinə görə də tənqid edib: “Donald Tramp prezident olarkən ağlasığmaz sövdələşmələrdən birini etdi. O, Əfqanıstan hökumətindən yan keçərək birbaşa Taliban terror qruplaşması ilə danışıqlar aparıb”.
Tramp isə cavabında deyib: “Taliban əsgərlərimizi öldürdü. Sonra mən Talibanla əlaqə saxladım. Daha sonra 18 ay ərzində bir nəfər də olsun əsgərimizi öldürmədilər”.
Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə xarici mallara ciddi rüsumlar tətbiq etməyi planlaşdırır. Daha sonra Kamala Harris iddia edib ki, rəqibi seçkilərdə qalib gəlsə, ölkədə abortları tamamilə qadağan edəcək.
Debatın gedişində Ağ Evin keçmiş rəhbəri hazırki Prezident Co Baydeni Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya ilə əlaqə saxlamadığına və çimərlikdə çox vaxt keçirdiyinə görə tənqid edib.
Tramp bildirib ki, demokratlar administrasiyanın ABŞ-ni üçüncü dünya müharibəsinə aparacaq. Onun sözlərinə görə, bu administrasiya milyonlarla insanın ölkəyə gəlməsinə icazə verib və bu, ciddi problemlərə gətirib çıxarıb.
Bundan başqa Tramp ona edilən hücumu tənqid edərək, Harrisi günahlandırıb: “Bu hücum onun açıqlamalarına görə baş verdi”.
Keçmiş prezident Harrisin Ağ Evdə hakimiyyətdə olarkən kampaniya planlarını niyə həyata keçirmədiyini soruşub:
“O, bütün bu gözəl şeyləri edəcəkmiş. Niyə bu vaxta qədər etməyib? Üç il yarımdır ki, Ağ Evdə çalışır. Onların sərhədi düzəltmək üçün üç il yarım vaxtı olub. Onların iş yerləri və danışdığımız hər şeyi yaratmaq üçün üç il yarım vaxtı var idi”.
Harrisə qarşı ittihamlar səsləndirərək “İsrailə nifrət edir” deyən Tramp, “Əgər o, prezident olarsa, iki il ərzində İsrailin mövcud olmayacağına inanıram”, – deyə bildirib.
Özünü müdafiə edərək inkar edən Harris, “Bu, qətiyyən doğru deyil. Mən karyeram və həyatım boyu İsraili və İsrail xalqını dəstəkləmişəm”, – cavabını verib.
Harris iddia edib ki, dünya liderləri Trampı lağa qoyurlar.
O, Bayden və Harrisi ölkə tarixinin ən pis prezident və vitse-prezidenti adlandıraraq debatı yekunlaşdırıb.




Xəbəri paylaş


 
 


Xəbər lenti