UNESKO Ukraynaya missiya göndərəcək

 
5-07-2022, 15:08           
UNESKO bu həftə Ukraynaya texniki missiya göndərəcək.

Əyalətmedia.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.

“Ukraynanın ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək məqsədilə bu həftə Kiyevə texniki missiya göndəriləcək”, - açıqlamada deyilir.

Məlumatda qeyd olunub ki, müharibə başlayandan bəri UNESKO Ukraynaya donor dövlətlərlə əməkdaşlıq çərçivəsində 5 milyon dollar yardım ayırıb.


0



Xəbəri paylaş


 
 


Xəbər lenti