İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana gedib

 
7-07-2022, 12:55           
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani bu gün Ermənistana səfər edib.Əyalətmedia.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Şahmanini “Zvartnots” beynəlxalq hava limanında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.

İran rəsmisinin səfər zamanı baş nazir Nikol Paşinyanla danışıqlar aparacağı, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə məsləhətləşmələr aparacağı planlaşdırılıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti