Ankara rəsmən bəyan etdi – Bundan sonra bu türk ölkələrinin yerləşdiyi bölgə…

 
11-10-2024, 11:07            151 dəfə baxılıb
Mərkəzi və ya Orta Asiya üçün ən yaxşı termin Türkiyənin rəsmən qəbul etdiyi Türküstan adıdır.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyənin addımı ilə bağlı bölgə ölkələrinin münasibətləri müsbətdir:
“Türkiyə Təhsil Nazirliyinin “Orta Asiya” ifadəsinin “Türküstan” olaraq dəyişdirilməsinə yönəlik qərarı və dərs kitablarında müvafiq dəyişiklik etməsi önəmlidir. Türk dövlətləri arasında interqasiyaya xidmət edən bu qərarın geosiyasi əhəmiyyəti də var.
Məni yeni terminlə desək, Türküstan dövlətlərinin Türkiyənin bu qərarına münasibəti maraqlandırırdı. Əvvəlcə illərdir dostluq etdiyim qazax həmkarım Nurqali Jusipbayla əlaqə saxladım. TRT-nın Astanadakı ofisində çalışan Nurqali Qazaxıstan rəsmiləri və ekspertlərinin Ankaranın qərarına müsbət yanaşdıqlarını söylədi.
Fikrimcə, digər Türküstan ölkələrinin də bu qərara münasibəti oxşardır. Bu bölgəni bəziləri “Mərkəzi Asiya”, digərləri “Orta Asiya” adlandırsalar da, ən doğru termin elə Türküstandır”.
Türküstanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türk dövlətləri yerləşir. Bu ölkələr həm də Azərbaycan və Türkiyənin yer aldığı Türk Dövlətləri Təşkilatının üzvləridir. Region ölkələrindən yalnız Türkmənistan hələlik müşahidəçi qismində çıxış edir, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti də bu statusdadır.





Xəbəri paylaş


 
 


Xəbər lenti